Gələn il ailə, qadın və uşaq məsələləri üzrə xərclər açıqlanıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ildə Azərbaycanda ailə, qadın və uşaq məsələləri üzrə xərclərin qarşılanması üçün dövlət büdcəsində 11,3 milyon manat vəsait nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
"Bu vəsaitin 7,4 milyon manatı məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və pedaqoji işin təşkili, həmçinin uşaq və ailələrə dəstəklə bağlı tədbirlər üçündür. Bu istiqamətdə xərclər son 5 ildə 3,5 dəfə artıb. Həmçinin, növbəti ildə fəaliyyətə başlanması nəzərdə tutulan Fizuli, Qazax, Şamaxı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin maliyyələşdirilməsi məqsədilə büdcədə 604 min manat əlavə vəsait nəzərdə tutulur", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















