Gələn il Bakı, Sumqayıt və Abşeron üzrə kirayə mənzillər vətəndaşlara təqdim ediləcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Gələn il İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tələbat nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda kirayə mənzillər alınaraq vətəndaşlara təklif ediləcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında fondun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov məlumat verib.
Onun sözlərinə görə, indiyədək Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 ünvanda kirayə mənzillər vətəndaşların istifadəsinə verilib.
“Təkcə bu il Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospekti və Sahil küçəsində yerləşən mənzillər vətəndaşlara təqdim olunub. Hazırda kirayə mənzil fondu üzrə işlər davam etdirilir”, - deyə Aslan Zeynalov vurğulayıb.
Baxış sayı:90
Bu xəbər 24 Dekabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















