Icma.az
close
up
RU
Həyat yoldaşından şübhələndi, telefon yazışmalarına görə qətlə yetirdi TƏFƏRRÜAT

Həyat yoldaşından şübhələndi, telefon yazışmalarına görə qətlə yetirdi TƏFƏRRÜAT

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü Ayxan qısqanclıq zəminində həyat yoldaşı Şahnazı (adlar şərti verilib – red.) qətlə yetirib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, ötən il aprelin 28-də saat 12 radələrində o, Şahnazın yataq otağının qarşısındakı pilləkəndə votsapda bir kişiylə görüntülü danışdığını görüb.

Arvadının əvvəllər bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən hiddətlənərək telefonu onun əlindən alıb və başına vurub. Sonra mətbəxdən götürdüyü bıçağın dəstəyi ilə qadının təpə nahiyəsinə zərbə endirib.

Mayın 5-də saat 13:30-da evə gələndə arvadının yataq otağında votsapda Əmrah adlı şəxslə intim yazışmalarını görüb.

O, arvadının xəyanət etməsinə əmin olub və onu öldürmək qərarına gəlib. Qadını yerə yıxaraq əlləri ilə boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən Ayxanın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Tovuzda tanış olduq, Bakıya köçdük”

İş üzrə ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, təxminən 2019-cu ildə Şahnazla Tovuz rayonunda tanış olub, qeyri-rəsmi ailə həyatı qurublar: “2020-ci ilin əvvələrində isə rəsmi nikaha girdik. Həmin evlilikdən iki övladımız var.

Ailə həyatı qurduqda 2 ay Tovuz rayonunda yaşadıq, sonra Bakı şəhərinə köçüb Sabunçu qəsəbəsi ərazisində kirayə qaldıq. Bakıda qardaşımla müxtəlif yerlərdə usta köməkçisi işləyirdim”.

Ayxanın sözlərinə görə, 2021-ci ilin yay aylarında ailə üzvləri ilə Rusiyanın Perm şəhərinə gedib, orada ticarətlə məşğul olub:

“2021-ci ilin təxminən noyabr ayından etibarən isə yenidən Bakıya qayıtdıq. Ailə həyatı qurandan Şahnaz heç bir yerdə işləməyib, ev işləri ilə məşğul olub. 2024-cü ilin yanvar ayının sonlarınadək münasibətimiz çox yaxşı idi. 2024-cü ilin yanvar ayının sonlarında Şahnazın bacısı Aydan və qardaşı Elmar bizə qonaq gəldi. Gecə saatlarına kimi birlikdə vaxt keçirdik.

Təxminən gecə saat 1 radələrində evin arxasında olan ayaqyoluna getmək istəyəndə Şahnazın orada kiminləsə yazışdığını gördüm. O məni görən kimi dayandı. Ondan gecə vaxtı kiminlə yazışdığını soruşdum. Qonşuda ev əşyaları satan Xuraman adlı qadınla yazışdığını, ondan nisyə mal götürdüyünü, malın pulunu istədiyini dedi.

Ondan dəfələrlə telefonu istədim, imtina edərək cihazı söndürdü.

Telefonu ondan alıb evə keçdim. Şahnaz da arxamca gəldi, telefonu əlimdən qapdı və mətbəxdə olan bacısının yanına getdi. Sonra telefonu işə saldı, votsapı sildi”.

“Tik-Tokda qeydiyyatdan keçə bilmədi”

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, Şahnazdan nə üçün votsapı sildiyini soruşduqda o, yanlışlıqla əlinin toxunduğunu deyib: "Şahnazın istifadə etdiyi, amma öz adıma olan nömrələri telefondan çıxararaq sındırdım, cihazı özünə qaytardım. Şahnaz telefonun içərisində nömrə olmadığına görə “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçə bilmədi və acıq edərək telefonu özümə qaytardı.

Mən də əsəbləşdiyim üçün telefonu sındırdım. Gecə saat 3-ə qədər Şahnazla mübahisə etdik”.

Ayxan qeyd edib ki, növbəti gün saat 12 radələrində evə ərzaq və özünə dərman almaq məqsədi ilə Sabunçu bazarına gedib: “Qayınanam zəng edərək Şahnazın və Aydanın Tovuza gələcəklərini dedi, nə məsələ olduğunu soruşdu. Mən evə çatanda artıq Şahnazın, Aydanın və övladlarımın evdə olmadığını gördüm.

Aydana zəng edərək harada olmaları ilə maraqlandım, Şahnazın könüllü onunla birlikdə Tovuza getmək istədiyini dedi.

Sonra telefonu arvadıma verdi. O, artıq mənimlə yaşamaq istəmədiyini, hər şeyə qarışmağımdan bezdiyini, ona görə də Tovuza gedəcəyini dedi.

Onların arxasınca Tovuza yola düşdüm. Şahnaz mənimlə gəlmək istəmədiyi üçün növbəti gün Bakı şəhərinə qayıtdım. Şahnaz və uşaqlar isə rayonda qaldı”.

“8 kişi ilə yazışmasını aşkar etdim”

Ayxanın ifadəsinə görə, 2024-cü ilin fevralın 25-nə kimi Şahnaz və uşaqları Tovuzda qalıb: “Ailə üzvləri ona irad tutdu, yenidən Bakı şəhərinə göndərdilər ki, ailəmiz dağılmasın.

Şahnaz gəlməmişdən əvvəl mobil telefon nömrəsini aktiv etdim, votsap tətbiqi yüklədim. Şahnazın 8 kişi ilə yazışmalarını tapdım. Yazışmalardan birində bir kişinin Şahnazdan müxtəlif vaxtlarda pul tələb etdiyini, bəzi mesajlarda isə sevgi-məhəbbət məzmunlu söhbətlər edildiyini gördüm.

Şahnazın ümumilikdə 16 kişiylə danışdığını aşkarladım. Məlum oldu ki, hətta bir kişi ilə yaşadığı evdə görüşüb.

Şahnaz hər şeyi bacısı Aydanın təşkil etdiyini, onu pis yola çəkdiyini, ağlını başından aldığını dedi. Aydanla əlaqəni kəsəcəyi və bir daha belə bir səhvi təkrarlamayacağı halda onu bağışlayacağımı bildirdim. O da razılaşdı”.

Ayxan deyib ki, təxminən 1 həftə sonra mobil telefonuna baxanda Şahnazın votsapda bir kişi ilə yazışdığını görüb: “Bildirdi ki, daha onu narahat etməməsi yazıb. Bu dəfə də onu bağışladım”.

“Aralarında heç bir şey omadığını dedi”

Ayxanın bildirdiyinə görə, aprelin 15-də Şahnaza mobil telefon və nömrə alıb: "Bir neçə gün sonra Şahnaz hansısa oğlana yazdığı “xahiş edirəm aprelin 29-da rayona getmə” məzmunlu mesajı yanlışlıqla mənə göndərdi. Telefona baxanda zəng bölməsində yad nömrə aşkar etdim. Dərhal həmin nömrəyə zəng edərək kim olduğunu soruşdum.

Cavab verən şəxs əvvəlcə Kürdəmir rayonundan İlqar adlı şəxs olduğunu və yanlışlıqla zəng etdiyini bildirsə də, nömrəsini “GetContact” proqramı vasitəsi ilə yoxlayanda adının İlqar yox, Əmrah olduğu, İmişli rayonunda hüquq-mühafizə orqanlarında çalışdığı aydınlaşdı. O, nömrəni səhv yığdığını, aralarında heç bir şey baş vermədiyini dedi.

Bu barədə Şahnazdan soruşanda Əmrahın nömrəni “Snapçat” sosial şəbəkəsindən əldə etdiyini və bir müddət danışdıqlarını etiraf etdi. Bu dəfə də bağışlanmasını xahiş etdi. Gözümün önünə azyaşlı övladlarımı gətirdim, onların xatirinə Şahnazı bağışladım”.

“Yalvar-yaxar etdi”

Təqsirləndirilən şəxs deyib ki, aprelin 28-də gecə saat təxminən 3 radələrində yaşadığı evdə Şahnazın əlində mobil telefon oynadığını görüb: “Ondan gecə vaxtı telefonla nə etdiyini soruşdum. Yuxusu gəlmədiyini, “Tik-tok”da videolara baxdığını bildirdi.

Telefonu əlindən alıb yoxlamağa başladım. Əvəllər “Lalə sinif” adı ilə qeyd etdiyi nömrəni yadımda saxladığım üçün telefonda yığan zaman bu dəfə nömrənin “Fəqan menecer” adı ilə qeyd edildiyini gördüm.

Şahnaz yenə yalvar-yaxarla onu bağışlamağımı, bir daha belə halın təkrarlanmayacağını dedi. Bu dəfə də onu bağışladım”.

Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün yaşadığı evdə təmir işləri apardığı üçün saat 12 radələrində Sabunçu bazarına tikinti ləvazımatları almağa gedib: “Evdən təxminən 100 metr uzaqlaşdıqdan sonra qulaqlığımı götürmək üçün geri qayıtdım. Şahnazın yataq otağının qabağındakı pilləkəndə kiminləsə görüntülü danışdığını gördüm. Məni görən kimi dərhal danışığı dayandırdı. Lakin yazışmaları və danışığı silməyə imkan vermədən telefonu əlindən aldım.

Həmin adama görüntülü zəng etdim, telefona cavab verən şəxs “hay-can” deyərək cavab gözlədi. Sonra dərhal telefonu söndürdü, Şahnazın nömrəsini qadağan olunmuşların siyahısına əlavə etdi.

Telefonu Şahnazın başına vurdum, sinəsindən itələyərək yataq otağına saldım. Stolun üstündəki mətbəx bıçağını götürdüm və onu öldürəcəyimi dedim. Lakin öldürməyə ürəyim gəlmədi. Əsəbi olduğum üçün əlimdə saxladığım bıçağın dəstəyi ilə təpə nahiyəsindən vurdum”.

“Dedi, telefon uşaqların əlindəydi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti günlərin birində yaşadığı evə gələndə Şahnazın mobil telefonunu yoxlayıb:

“Şahnazın bacısı Aydan və sevgili münasibətində olduğu Sadiqlə görüntülü qrup danışıqları olduğunu aşkar etdim. Bu barədə soruşduqda Şahnaz danışığı Aydanın təşkil etdiyini dedi.

Sonrakı gün işdə olduğum zaman dəfələrlə Şahnaza votsapda mesaj yazdım. Lakin o, şəbəkədə olmasına baxmayaraq mesajlarıma gec cavab verdi. Evə gələrək soruşanda o, telefonun uşaqların əlində olduğunu, fikir vermədiyini bildirdi”.

Təqsirləndir şəxs qeyd edib ki, mayın 5-də Şahnazı başqa şəxslə intim söhbət edərkən tutduğu üçün öldürmək qərarına gəlib: “Biz mübahisə edəndə yanımızda heç kəs yox idi. Uşaqlar yataq otağında biri telefonla oynayırdı, digəri isə televizora baxırdı. Onun başqa şəxslə intim söhbətlər etməsi, görüşməsi, daha sonra isə mənə qarşı nalayiq ifadə işlətməsi məni özümdən çıxardı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ayxan 10 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, təqsirləndirilənin əməlinin Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyası hüdudlarında daha yüngül cəza təyin olunmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilsə də, şikayət rədd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Dekabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri