Icma.az
close
up
RU
“Gələn il Çempionlar Liqası üçün qayıdacağıq”

“Gələn il Çempionlar Liqası üçün qayıdacağıq”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Arsenal” mayın 31-də premyer-liqada qazandığı çempionluq münasibəti ilə Londonda qələbə paradı keçirdi. Hətta Çempionlar Liqasının finalında PSJ-dən alınan məğlubiyyət “topçular”a könül verən azarkeşlərin bayram əhval-ruhiyyəsinə təsir etmədi.

"Football-plus.az" xəbər verir ki, bayram təntənələri “Emireyts” stadionundan başladı. Paradda “Arsenal”ın həm kişilərdən, həm də qadınlardan ibarət komandası qatıldı – xanımlar da UEFA-nın qadınlar üçün keçirdiyi ÇL-in qalibi olub. Paradın əsas kolonu dörd avtobusdan ibarət idi – onların hər birində kişi və qadın futbolçular yer almışdı. Onlar dayanmadan azarkeşləri salamlayırdılar. Bundan başqa, avtobuslarda xidmət personalı, seçilən klub əməkdaşları və fanatları, həmçinin xüsusi qonaqlar yer almışdı. Avtobus karvanının önündə diceyi də daşıyan yük maşını gedirdi.
“Topçular”ın vingeri Qabriel Martinelli başverənləri möcüzə adlandırdı. Əlinə mikrofon götürən braziliyalı bunları dedi:

“Bu zəfər azarkeşlər və bu yolun bir hissəsi olan hər kəs üçündü. Hər şeyimizi meydanda qoyduq. İndi isə bu anı azarkeşlərlə bölüşmək bizə təsvir olunması çətin hisslər bəxş edir”.


Yarımmüdafiəçi Mikel Merino da xoşbəxt görünürdü:

“Bu klubun heyranıyam. Dünyanın ən güclü liqasında çempion olmaq, kubok qaldırmaq... Bundan daha artığını istəyə bilmərəm”.


“Arsenal”ın liderlərindən biri Deklan Rays bundan sonra da qələbələr qazanacaqlarına söz verdi:

“Mən bu klubu, baş məşqçini və azarkeşləri sevirəm. Biz hələ bitirməmişik, daha artığını istəyirik. Növbəti mövsüm Çempionlar Liqasında qələbə arxasınca qayıdacağıq. Siz ya bu olayın bir hissəsi olacaqsız, ya da kənarda dayanın”.


“Topçular”ın penalti seriyasında uğursuzluğa düçar olan müdafiəçisi Qabriel də fanatlardan dəstək gördü. Paradda qaldırılan bannerlərdən birinin üzərində belə yazılmışdı:

“Qabriel, onsuz da biz səni sevirik”.


Futbolçu özü azarkeşlərdən üzr istədi:

“Çox ağrılı idi. Ancaq komanda və bu mövsüm nail olduqlarımız ilə qürur duyuram. Hər addımda gördüyümüz dəstəyə görə qeyri-adi fanatlarımıza “çox sağ olun” demək istəyirəm. Bu uğuru bizlə birgə bayram etməyə layiqsiz, paraddan ləzzət alın”.


Toplaşanlara çempionluq kuboku da göstərildi – qənimət “Arsenal”ın baş məşqçisi Mikel Artetanın əlində idi. Fanatların bir çoxu işıqforların, dayanacaqların, telefon köşklərinin üzərinə qalxmışdı ki, qəhrəmanları yaxından görsün.
“Arsenal”ın Londondakı paradına nəhəng kütlənin qatılacağı əvvəldən bəlli idi: polis hətta xüsusi açıqlama yayaraq azarkeşlərdən təhlükəsizlik mülahizələri üzündən Çempionlar Liqasının finalı zamanı “Emireyts”in qarşısında toplaşmamağı xahiş etmişdi. Hakimiyyət orqanları səhv etmədi – “topçular”ın fanatları həmin gün səhər saatlarından ölkənin hər yerindən paytaxta axışmağa başladı. Hər yeni qatar şəhərə qədəm qoyduqca ağ və qırmızı rəngli forma geyən azarkeşlərin əlindən tərpənmək olmurdu. Şəhər sanki azarkeş dənizinə düşmüşdü.
Parada qatılanların sayı ilə bağlı fərqli rəqəmlər var. Polis əvvəlcə təxmini rəqəm səsləndirdi – 800 min. Sonradan İngiltərə mediası rəqəmi dəqiqləşdirdi – bir milyona yaxın adam. Beləcə “Arsenal”ın paradı Londonun tarixinə ən böyük hadisələrdən biri kimi düşdü.
Xatırladaq ki, paytaxt klubu premyer-liqada sona bir tur qalmış çempionluğu təmin etdi. Bu, “topçular”ın son 22 ildəki ilk çempionluğudu.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyun 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri