Kuşner və Vitkoff Çinə gedə bilmədilər
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezient Donad Trampın kürəkəni Cared Kuşner və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoffun Çinə səfəri planlaşdırılırdı, lakin onlar Avropa nümayəndələri ilə danışıqlarla məşğuldurlar.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə 18 noyabrda Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib.
"Stiven Vitkoff və Cared Kuşnerin ABŞ nümayəndə heyətinin tərkibində iştirak etmələri planlaşdırılırdı, lakin onlar hazırda avropalı tərəfdaşlarla işləyir, onlara mümkün Avropa təhlükəsizlik strukturunu izah edirlər", - deyə o bildirib.
Onun sözlərinə görə, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən kənar işlər davam edir, lakin "bütün diqqət, şübhəsiz ki, Çinin Şençjen şəhərindəki hadisələrə yönəlib. Dmitriyev, həmçinin Avropa təhlükəsizliyinə yanaşmalar üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb:
"Məhz buna görə də Vitkoff və Kuşner sammitdə iştirak etməyəcəklər”.
Elə həmin gün Dmitriyev bildirib ki, Avropa liderləri Amerika lideri Donald Tramp və onun administrasiyasının sülh təşəbbüslərinə baxmayaraq, Ukraynadakı münaqişənin həllinə mane olan kursa sadiq qalmağa davam edirlər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Noyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















