Gələn il də Azərbaycanda daha bir beynəlxalq tədbir keçiriləcək
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Növbəti Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü 2026-cı ildə Azərbaycanda keçiriləcək.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyev deyib.
“Azərbaycan qürurla 2026-cı ildə keçiriləcək WUF13-ə ev sahibliyi edəcək və biz Şəhər İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə institutunu təsis etməkdən və öhdəliklərimizin əyani nəticələr yaratmasına yönəlik praktiki tədbirlər görməkdən məmnun olacağıq. Bu baxımdan mən Bakı Davamlılıq Koalisiyasının yaradılmasını xüsusi olaraq vurğulamağıma qürur duyuram. Biz bu qrupdakı həmkarlarımıza - Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və BMT-Habitat-a təşəkkürümüzü bildiririk” - Anar Quliyev əlavə edib.
Baxış sayı:136
Bu xəbər 20 Noyabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















