Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Gələn il dolların dəyəri belə olacaq: Neft üçün bədbin proqnoz...

Gələn il dolların dəyəri belə olacaq: Neft üçün bədbin proqnoz...

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələn il dünyada dolların çökəcəyi, OPEC alyansının lazımsız quruma çevriləcəyi və elektrik avtomobillərinin populyarlığının artacağı gözlənilir.

Turkustan.az xəbər verir ki, bu, “Saxo Bank”ın 2025-ci il üçün proqnozlarında əksini tapıb.

Bank gələn il üçün səkkiz proqnoz irəli sürüb və bunlar valyuta, eləcə də əmtəə bazarı üçün nikbin deyil. Ehtimallardan ən əsası dollarla bağlıdır. Gözləntilərə görə, 2025-ci ildə ABŞ administrasiyası büdcə kəsirini azaltmaqla yanaşı, idxala kütləvi rüsumlar tətbiq edəcək. Beləliklə Vaşinqtonun dünya ilə münasibətlərinin xarakteri tamamilə dəyişəcək. Kriptovalyuta bazarı 4 dəfə - 10 trilyon dollara qədər artacaq, dollar əsas valyutalara nisbətdə 20%, qızıla qarşı isə 30% ucuzlaşacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda isə 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit götürülüb.Yəni, ABŞ dollarının məzənnəsi 1,7 manat səviyyəsində qalacaq. Manatın dollara qarşı kross kurs olduğu nəzərə alınsa, avro, yen kimi əsas valyutaların bahalaşması gözlənilir.

Digər mühüm proqnoz funt sterlinqlə bağlıdır. Böyük Britaniya valyutasının da (funt sterlinq) 2025-ci ildə avroya qarşı “Brexit” referendumundan əvvəl ticarət edildiyi səviyyəyə - 1,27 avroya yüksələcəyi təxmin olunur. “Bank of America”nın ehtimallarında funt-avro məzənnəsi gələn ilin sonuna qədər əvvəlki 1,25 səviyyəsində qalacaq. Amma Britaniya valyutasının möhkəmlənməsi 2016-cı ilin iyununda “Brexit” səsverməsindən sonra dəymiş itkilərin aradan qaldırılması demək olmasa da, Avropada iqtisadi böhranı dərinləşdirə bilər.

Neft bazarı ilə bağlı proqnozlar da nibkin deyil. Çinin ardınca digər ölkələr də elektrikli avtomobil istehsalını artıracaq. Nəticədə, neft istehlakı gələn ildən minimuma düşəcək. Beləliklə, OPEC əhəmiyyətini itirəcək. Hərçənd ki, bəzi alyans ölkələri daha çox gəlir əldə etmək məqsədilə uzun müddətdir kvota tələbini yerinə yetirmir. Hesab edilir ki, qarşıdan gələn ildə OPEC ölkələri üçün artıq belə oyunlar başa çatacaq. “Bank of America” ekspertləri də eyni fikri bölüşür. Onlar 2025-ci ildə qara qızılın həddindən artıq təklif fonunda qiymətinin orta hesabla 65 dollara düşəcəyini proqnozlaşdırılır.

Neftin qiymətini araşdıran OPIS agentliyinin rəhbəri Tom Kloza bildirib ki, gələn il neftə tələbat sutkada 1 milyon bareli keçməyəcək. Bu halda OPEC+ ölkələri hasilatın azaldılmasını tamamilə aradan qaldırarsa, xam neft qiymətləri 40 dollara düşə bilər. Bu arada "Fitch Solutions” şirkəti də növbəti il üçün neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.

Şirkət gələn il üzrə proqnozunu 4 dollar aşağı salaraq 82 dollardan 78 dollara endirib. Gözləntilərə əsasən, aşağı neft qiymətləri hökumətin istehlakını 2025-ci ildə 3,4 %-ə qədər azaldacaq.

Citi analitiklərinə görə isə, 2025-ci ildə Brent markalı neft bir barel üçün 60 dollardan realizə ediləcək.

Xatırladaq ki, son illərdə ilk dəfə Azərbaycan dövlət büdcəsində neftin ilkin qiyməti 70 dollardan hesablanıb. Neftin qiyməti enərsə büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxiolmaları 340 milyon manat azala bilər. Dövlət Neft Fondunun gəlirlərinə gəldikdə isə buna təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir. Maliyyə qurumları iddia edirlər ki, bazardakı kataklizmlərə qarşı ehtiyat addımları mövcuddur. Çünki cari əməliyyatlar balansının profsitli olması üçün neftin qiymətinin 40-45 dollar təşkil etməsi yetərlidir. 1995-ci ildən bu günə qədər dünya bazarında Azərbaycan neftinin 1 barelinin orta illik qiyməti 58,9 dollar təşkil edib. Son 20 il ərzində Azərbaycan neftinin ən aşağı orta illik qiyməti 43,2 dollar olub.

Ən nəhayət, gəlirləri 38,3 milyard, xərcləri 41, 3 milyard manat nəzərdə tutulan 2025-ci ilin dövlət büdcəsinə mədaxilin 49%-i neft sektorunun payına düşür. Büdcəyə mədaxilin 51%-i qeyri-neft-qaz sektorunun sərəncamındadır. Növbəti il üçün ÜDM-də qeyri-neft-qaz sektorunun payı da yüksək proqnozlaşdırılıb. Bu rəqəm 68%-dən 71.3%-ə yüksəldilib. Lakin bir fakt da var. Ölkə iqtisadiyyatının artım dinamikasına neft-qaz sektorunda hasilatın həcmi əhəmiyyətli dərəcədə təsir edir. Proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanda neftin hasili 28,7 mln ton təşkil edəcək. Sona yaxınlaşan 2024-cü il üçün 29,2 mln ton nəzərdə tutulub. /teleqraf.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri