Icma.az
close
up
RU
Gələn il dolların dəyəri belə OLACAQ

Gələn il dolların dəyəri belə OLACAQ

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn il dünyada dolların çökəcəyi, OPEC alyansının lazımsız quruma çevriləcəyi və elektrik avtomobillərinin populyarlığının artacağı gözlənilir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu, “Saxo Bank”ın 2025-ci il üçün proqnozlarında əksini tapıb.

Bank gələn il üçün səkkiz proqnoz irəli sürüb və bunlar valyuta, eləcə də əmtəə bazarı üçün nikbin deyil. Ehtimallardan ən əsası dollarla bağlıdır. Gözləntilərə görə, 2025-ci ildə ABŞ administrasiyası büdcə kəsirini azaltmaqla yanaşı, idxala kütləvi rüsumlar tətbiq edəcək. Beləliklə Vaşinqtonun dünya ilə münasibətlərinin xarakteri tamamilə dəyişəcək. Kriptovalyuta bazarı 4 dəfə - 10 trilyon dollara qədər artacaq, dollar əsas valyutalara nisbətdə 20%, qızıla qarşı isə 30% ucuzlaşacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda isə 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit götürülüb.Yəni, ABŞ dollarının məzənnəsi 1,7 manat səviyyəsində qalacaq. Manatın dollara qarşı kross kurs olduğu nəzərə alınsa, avro, yen kimi əsas valyutaların bahalaşması gözlənilir.

Digər mühüm proqnoz funt sterlinqlə bağlıdır. Böyük Britaniya valyutasının da (funt sterlinq) 2025-ci ildə avroya qarşı “Brexit” referendumundan əvvəl ticarət edildiyi səviyyəyə - 1,27 avroya yüksələcəyi təxmin olunur. “Bank of America”nın ehtimallarında funt-avro məzənnəsi gələn ilin sonuna qədər əvvəlki 1,25 səviyyəsində qalacaq. Amma Britaniya valyutasının möhkəmlənməsi 2016-cı ilin iyununda “Brexit” səsverməsindən sonra dəymiş itkilərin aradan qaldırılması demək olmasa da, Avropada iqtisadi böhranı dərinləşdirə bilər.

Neft bazarı ilə bağlı proqnozlar da nibkin deyil. Çinin ardınca digər ölkələr də elektrikli avtomobil istehsalını artıracaq. Nəticədə, neft istehlakı gələn ildən minimuma düşəcək. Beləliklə, OPEC əhəmiyyətini itirəcək. Hərçənd ki, bəzi alyans ölkələri daha çox gəlir əldə etmək məqsədilə uzun müddətdir kvota tələbini yerinə yetirmir. Hesab edilir ki, qarşıdan gələn ildə OPEC ölkələri üçün artıq belə oyunlar başa çatacaq. “Bank of America” ekspertləri də eyni fikri bölüşür. Onlar 2025-ci ildə qara qızılın həddindən artıq təklif fonunda qiymətinin orta hesabla 65 dollara düşəcəyini proqnozlaşdırılır.

Neftin qiymətini araşdıran OPIS agentliyinin rəhbəri Tom Kloza bildirib ki, gələn il neftə tələbat sutkada 1 milyon bareli keçməyəcək. Bu halda OPEC+ ölkələri hasilatın azaldılmasını tamamilə aradan qaldırarsa, xam neft qiymətləri 40 dollara düşə bilər. Bu arada "Fitch Solutions” şirkəti də növbəti il üçün neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.

Şirkət gələn il üzrə proqnozunu 4 dollar aşağı salaraq 82 dollardan 78 dollara endirib. Gözləntilərə əsasən, aşağı neft qiymətləri hökumətin istehlakını 2025-ci ildə 3,4 %-ə qədər azaldacaq.

Citi analitiklərinə görə isə, 2025-ci ildə Brent markalı neft bir barel üçün 60 dollardan realizə ediləcək.

Xatırladaq ki, son illərdə ilk dəfə Azərbaycan dövlət büdcəsində neftin ilkin qiyməti 70 dollardan hesablanıb. Neftin qiyməti enərsə büdcənin Dövlət Vergi Xidməti tərəfindən daxiolmaları 340 milyon manat azala bilər. Dövlət Neft Fondunun gəlirlərinə gəldikdə isə buna təsir daha yüksəkdir. Burada söhbət 2 milyard 100 milyon manatlıq təsirdən gedir. Maliyyə qurumları iddia edirlər ki, bazardakı kataklizmlərə qarşı ehtiyat addımları mövcuddur. Çünki cari əməliyyatlar balansının profsitli olması üçün neftin qiymətinin 40-45 dollar təşkil etməsi yetərlidir. 1995-ci ildən bu günə qədər dünya bazarında Azərbaycan neftinin 1 barelinin orta illik qiyməti 58,9 dollar təşkil edib. Son 20 il ərzində Azərbaycan neftinin ən aşağı orta illik qiyməti 43,2 dollar olub.

Ən nəhayət, gəlirləri 38,3 milyard, xərcləri 41, 3 milyard manat nəzərdə tutulan 2025-ci ilin dövlət büdcəsinə mədaxilin 49%-i neft sektorunun payına düşür. Büdcəyə mədaxilin 51%-i qeyri-neft-qaz sektorunun sərəncamındadır. Növbəti il üçün ÜDM-də qeyri-neft-qaz sektorunun payı da yüksək proqnozlaşdırılıb. Bu rəqəm 68%-dən 71.3%-ə yüksəldilib. Lakin bir fakt da var. Ölkə iqtisadiyyatının artım dinamikasına neft-qaz sektorunda hasilatın həcmi əhəmiyyətli dərəcədə təsir edir. Proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanda neftin hasili 28,7 mln ton təşkil edəcək. Sona yaxınlaşan 2024-cü il üçün 29,2 mln ton nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see334

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see256

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see247

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see235

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see226

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see225

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see218

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see218

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see217

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see216

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see213

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see204

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see203

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see201

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see195

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see191

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see190

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see189

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see186

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri