Gələn il dövlət büdcəsinin sosialyönlü xərcləri 8,8 faiz artırılacaq AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893 milyon manat və investisiyayönümlü layihələr üçün 1 milyard 100 milyon manat, cəm olaraq 1 milyard 993 milyon manat ayrılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası üçün 150 milyon manat vəsait ayrılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi də növbəti ildə prioritet məsələlər olaraq nəzərdə saxlanılır. Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz artırılaraq 16 milyard 909,7 milyon manata çatdırılır.
Baxış sayı:124
Bu xəbər 20 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















