Icma.az
close
up
RU
Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq

Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1 milyard 999,4 milyon manat vəsait nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.
Sənəddə qeyd olunub ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz, 2023-cü illə icrası ilə müqayisədə isə 277,3 milyon manat və ya 16,1 faiz çoxdur.
Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.
 

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 410,4 milyon manatı (2024-cü illə müqayisədə 42,4 milyon manat və ya 3,1 faiz çox) və ya 70,6 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması və müvafiq dövlət proqram və tədbirləri üzrə xərclərə yönəldiləcək.


Gələn ilin dövlət büdcəsinin layihəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə nəzərdə tutulmuş 1 milyard 410,4 milyon manat vəsaitin 1 milyard 266,6 milyon manatını və ya 90 faizini dövlətin əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edir ki, bu cari illə müqayisədə 38,2 milyon manat və ya 3,1 faiz çoxdur. Bu xərcin artımı əsasən əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.
Belə ki, 2025-ci il dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 124,1 manat götürülməklə 2024-cü ilin sonuna gözlənilən 2,7 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.
Bütövlükdə 2020-ci ildən tətbiq olunmuş adambaşına düşən icbari tibbi sığorta haqqının 90 manatdan 2025-ci il üçün 124,1 manata çatdırılmaqla bu xərc 34,1 manat və ya 37,9 faiz artırılacaq.
Növbəti ildə səhiyyə sahəsində müvafiq dövlət proqramları və tədbirlər üçün 143,8 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,2 milyon manat və ya 3 faiz çoxdur.
2025-ci ilin büdcə layihəsində Səhiyyə Nazirliyinə ümumilikdə 327,6 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 12,1 milyon manat və ya 3,8 faiz çoxdur.
Həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə ümumi təyinatlı tibbi xidmətin göstərilməsinə 82,5 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 10,2 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılmasına 5,7 milyon manat, digər xərclərə (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 176,7 milyon manat yönəldiləcəkdir.
 

Sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün Səhiyyə Nazirliyinə 52,5 milyon manat vəsait proqnozlaşdırılmışdır.


Azərbaycanın Xüsusi Tibb Xidməti üçün qanunvericiliklə müəyyən edilən şəxslərin tibbi təminatının göstərilməsi üçün 18,9 milyon manat vəsait nəzərdə tutulub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see156

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see148

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see137

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see135

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see133

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see131

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see129

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see129

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see129

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see129

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see127

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see126

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see125

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see124

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see123

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri