Gələn il kənd təsərrüfatına ayrılacaq vəsait açıqlandı
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsinə aid olan xərclər üzrə 1222,1 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Bakupost.az 2026-cı ilin büdcə zərfinin layihəsinə istiandən xəbər verir ki, bu 2025-ci illə müqayisədə 18,3 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 126,4 milyon manat və ya 11,5 faiz çoxdur.
Həmin vəsaitin 490,0 milyon manatı Azərbaycan Respublikası ərazisində mövcud olan su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcəkdir. Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 553,5 milyon manat, baytarlıq tədbirləri üçün 41,9 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır.


