Icma.az
close
up
RU
Gələn il ölkədə hansı işlər görüləcək?

Gələn il ölkədə hansı işlər görüləcək?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bəs “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hansı bərpa-quruculuq işlərinin aparılması gözlənilir?

Memar Cahid Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, bərpa-quruculuq işlərinin bütün istiqamətlərində bir intibah dövrü başlayacaq. Onun sözlərinə görə, bu proses tarixi memarlıq abidələrinin bərpasından tutmuş, 50, hətta 70 il əvvəl inşa edilmiş binaların üz və fasadlarında aparılacaq dəyişikliklərədək geniş bir sahəni əhatə edəcək:

“Görüləcək işlər memarlıq və şəhərsalmanın estetik tərtibatına töhfə verəcək səviyyədə yenidənqurma imkanları yaradacaq. Ənənəvi olaraq dövlət tikililərinin də sayının artması bütövlükdə Azərbaycan memarlıq və şəhərsalmasının hərtərəfli inkişafına möhkəm zəmin formalaşdıracaq. Bu bərpa-quruculuq və abadlıq işləri çərçivəsində Bakı şəhərində mövcud yaşıllıq zolaqlarının, eləcə də təmirə və yenidən qurulmaya ehtiyacı olan parkların birmənalı şəkildə yenilənməsi və zənginləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, əlavə yaşıllıq zolaqları salınacaq”.

C.Həsənov qeyd edib ki, paytaxtla yanaşı, bütün regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə də bu proses həyata keçiriləcək:

“Həmin bölgələrin relyefi və coğrafi şəraiti yaşıl şəhər, yaşıl kənd, yaşıl qəsəbə, hətta yaşıl məhəllələrin, xiyabanların, parkların və seyrəngahların salınması üçün geniş imkanlar yaradır. Bu da dünya ictimaiyyətinin və beynəlxalq memarlıq mühitinin qarşıya qoyduğu tələblərin icrasına şərait yaradacaq. Bütün bu üstünlüklər məhz bu ilin bizə qazandıracağı imkanlardır”.

Memar ən vacib məqamlardan biri olaraq onilliklərdir fəaliyyət göstərən özəl memarlıq sektorunun inkişafını da vurğulayıb:

“Söhbət dövlət layihələri çərçivəsində təqdim olunan işlərdən deyil, məhz müstəqil fəaliyyət göstərən memarlıq şirkətlərindən gedir. Minlərlə, hətta on minlərlə memar, mühəndis və dizayner üçün sifarişlərin artması, dövlət qurumları ilə özəl sektor arasında yeni bir körpünün qurulması gözlənilir. Bu mexanizm sayəsində mütəmadi olaraq yeni layihələr təqdim ediləcək. Hazırda bir çox memarlıq şirkətləri əsasən bir-iki mərtəbəli fərdi yaşayış evlərinin tikintisi ilə məşğuldur. Halbuki bu şirkətlər daha böyük layihələri həyata keçirmək potensialına malikdirlər. Yeni imkanlar onların büdcələrinin artmasına, gənc memar və dizaynerlərin bu şirkətlərə cəlb olunmasına şərait yaradacaq. Bu proses həm maddi, həm də iqtisadi baxımdan müsbət nəticələr verəcək, eyni zamanda Azərbaycan memarlığına və dünya memarlığına yeni, fərqli layihələrin qazandırılmasına imkan yaradacaq. Bu tədbirlər və abadlıq prosesi fonunda dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək, müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Nəticədə turizm axını artacaq, investisiya qoyuluşları çoxalacaq. Üstəlik, söhbət yalnız bir il ərzində görüləcək işlərdən getmir. Bu müddətdə hazırlanıb həyata keçirilən layihələr sonrakı illər üçün də davamlı və işlək mexanizmin formalaşmasına xidmət edəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri