Icma.az
close
up
RU
Gələn il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub

Gələn il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub

Icma.az bildirir, Sia Az portalına istinadən.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya”nın növbəti iclası keçirilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, iclasda 2024-cü il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasından istifadə vəziyyəti və 2025-ci il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri ilə birgə müzakirə olunub.

S.Babayev Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında da inkişaf meyillərinin davamlı xarakter almasına imkan yaratdığını vurğulayıb.

Qeyd olunub ki, növbəti il üçün əmək miqrasiyası kvotasına dair təkliflər ölkə iqtisadiyyatında yaranan çoxsahəlilik, işəgötürənlər tərəfindən müxtəlif müasir peşə və ixtisaslara malik işçilərə olan tələb əsasında hazırlanıb. Habelə əmək bazarına daxil olan işçi qüvvəsi ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə bağlı digər proqnozlar nəzərə alınıb.

Əmək bazarına daxil olan ixtisaslı kadrların sayının hər il artımı, eyni zamanda əmək bazarında mövcud olan işçi qüvvəsinin bacarıqlarının, rəqabətədavamlılığının yüksəlməsi istiqamətində görülən tədbirlər qeyd edilib. Bununla bağlı olaraq 2025-ci ildə də əcnəbi işçi qüvvəsinə tələbin azalan tendensiya əsasında müəyyən edilməsinin zərurəti, ixtisaslı əcnəbi işçi qüvvəsinin milli əmək ehtiyatları ilə əvəz edilməsi amilləri müzakirə olunub.

İclasda həyata keçirilməsi nəzərdə tutulan layihələr, mədənçıxarma, elmi texniki fəaliyyət, tikinti, o cümlədən işqaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş tikinti quruculuq işlərinə ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması məsələləri də nəzərdən keçirilib.

Müzakirələrin yekununda 2025-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda 2024-cü ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri