Gələn ildən onminlərlə insanın vergi yükü azaldılacaq AÇIQLAMA
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Müəyyən vergi güzəştlərinin tətbiqi vergiyə cəlb olunan fiziki şəxslərin sayını artıra bilər. Amma Azərbaycanda bu, geniş yayılmış praktika deyil. Kirayə gəlirlərindən vergi ödəyənlərin sayı çox azdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bunun əsas səbəbi nəzarət mexanizminin olmamasıdır:
"Bakı şəhərində yüz minlərlə insanın kirayədə yaşadığı bildirilir. Bu rəqəmin 150 mindən 300 minə qədər dəyişdiyi güman edilir.
Dəqiq statistika mövcud deyil. Kirayə münasibətlərinin böyük hissəsi şifahi razılaşma ilə həyata keçirilir. Ödənişlər də əsasən şifahi razılaşma əsasında edilir. Yalnız bəzi hallarda sadə bir kağız üzərində öhdəlik yazılır. Amma bu, rəsmi müqavilə sayılmır. Halbuki ölkədə müqavilələrin rəsmiləşdirilməsi prosedurları mövcuddur.
Buna görə də güzəştlərin təsiri məhdud ola bilər. Çünki kirayə gəlirlərindən vergi ödəyənlərin sayı çox aşağıdır. Bütün kirayə mənzilləri vergiyə cəlb etmək faktiki olaraq mümkün deyil.
On minlərlə mənzilə heç kim tam şəkildə nəzarət edə bilməz".
Qeyd edək ki, gələn ildən fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi nəzərdə tutulur.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:34
Bu xəbər 27 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları