Icma.az
close
up
RU
Gələnilki artımlar kimləri əhatə edəcək?

Gələnilki artımlar kimləri əhatə edəcək?

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 18-dən Milli Məclisdə 2025-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, müzakirəyə çıxarılan sənədlərdən, həmçinin Hesablama Palatasının müvafiq layihələrlə bağlı rəylərindən gələn il üçün nəzərdə tutulmuş sosial paketin miqyası məlum olur. 

Əvvəlcə ondan başlayaq ki, növbəti ildə minimum əməkhaqqı və pensiyanın, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin artırılması nəzərdə tutulub. Bu məqsədlə 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinin 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz artırılaraq 16 milyard 909,7 milyon manata çatdırılması proqnozlaşdırılıb. 

Bununla belə, qeyd edilən istiqamətlərdə artımın nə qədər olacağı məlum deyil. Belə ki, müvafiq artımlar ölkə başçısının sərəncamları əsasında reallaşdırılır. Yalnız Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsinə rəyindən məlum olur ki, gələn il minimum əməkhaqqı 400 manata çatdırılacaq.

Bu, ilk növbədə Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanların tutduqları vəzifənin dərəcəsindən asılı olaraq maaşlarının 16 faizə qədər artacağı deməkdir. Digər tərəfdən minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu da 2025-ci ildən etibarən dövlət və ya özəl sektorda işləməsindən asılı olmayaraq heç kəsin 400 manatdan az maaş almayacağı mənasını verir. Bu amil, həmçinin özəl sektorda əməkhaqlarının artırılmasının “hərəkətverici qüvvəsi” ola bilər.  

Ümumilikdə isə 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki illə müqayisədə 9,1 faiz artaraq 1080,1 manata çatacağı proqnozlaşdırılır. Bu da növbəti ildə gözlənilən maaş artımına aydınlıq gətirmiş olur.

Əməkhaqlarından bəhs etdikdə, həmçinin qeyd olunmalıdır ki, 2024-cü ilin yanvar-sentyabr ayı ölkə üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. İlin sonuna doğru bu göstəricidə dəyişiklik olmadığı təqdirdə 2025-ci ilin əvvəlində bütün əmək pensiyalarının bu səviyyədə artacağı gözlənilir.  

Minimum pensiyalara gəldikdə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilir. Bu nisbətə əsaslansaq, 2025-ci ildə minimum pensiya məbləği maksimum 320 manat olmalıdır. 

Eyni zamanda, ehtiyac meyarının həddinin 2024-cü illə müqayisədə 2025-ci ildə 15 manat artırılaraq 285 manata yüksəldilməsi nəzərdə tutulub.

Ehtiyac meyarı ünvanlı sosial yardımın təyin edilməsində tətbiq olunan göstəricidir. Bu da ona gətirib çıxaracaq ki, cari illə müqayisədə gəliri artmayan ailələrə edilən ünvanlı sosial yardımların məbləği artacaq. Məsələn, aylıq gəliri 800 manat olan ailə üçün nəzərdə tutulan ünvanlı sosial yardımın məbləği 2024-cü ildə 280 manat olduğu halda, 2025-ci ildə bu göstərici 340 manat təşkil edəcək.       

Ceyhun Həmid   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri