Icma.az
close
up
RU
Gəlin Bakını tikiləcək evlərlə xatırlayaq Yotova

Gəlin Bakını tikiləcək evlərlə xatırlayaq Yotova

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bakı dünyanın öz gələcəyi haqqında danışdığı məkana çevrilib. 

Modern.az xəbər verir ki, bu fikirləri Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində səsləndirib.

“Bizi burada bir araya gətirən mövzu - dünyanı mənzillə təmin etmək, bütün digər hədəflərin əsaslandığı mövzudur. Bu mövzunun arxasında yalnız statistika deyil, insanlar dayanır. Dünyada təxminən 2,8 milyard insan insan ləyaqətinə uyğun yaşayış şəraitindən məhrumdur. 1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır. Bu onilliyin sonuna qədər qlobal tələbatı ödəmək üçün dünya hər saniyədə bir mənzil yaratmalıdır. Mən danışdığım hər saniyədə dünyanın hansısa yerində bir ailə ev gözləyir”.

Bolqarıstan Prezidentu onu da əıavə edib ki, müharibələrdən də böyük bir çağırış var. 

“İqlim dəyişikliyi illərdir təkcə fərdləri deyil, bütöv regionları yerindən edir. Quraqlıqlar, su qıtlığı, dəniz səviyyəsinin qalxması və nəsillər boyu becərilən torpaqların artıq insanları dolandıra bilməməsi bu prosesləri sürətləndirir.

Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiyalar davam edərsə, bütöv qitələr insanların ən sadə və ən müqəddəs hüquq -  yaşamaq hüququ uğrunda köç etdiyinə şahid olacaq. Dünyada milyonlarla insan üçün mənzil artıq iqlim dəyişikliyinə qarşı mübarizənin ön xəttinə çevrilib. Şəhər dayanıqlığı ekoloji lüks deyil. İqlim pozuntularına hazır olmayan şəhər bütöv regionların sabitliyini risk altına sala bilər”.

İ.Yotova vurğulayıb ki, Bolqarıstanda bu proseslər yaxşı bilinir.

“Biz Avropa İttifaqının üzv dövlətlərindən biriyik və əsas bağlantı dəhlizlərinin kəsişməsində yerləşirik. Lakin ölkəmiz, Avropanın böyük hissəsi kimi, əhalinin qocalması, daxili miqrasiya, bəzi regionların boşalması, böyük şəhər mərkəzləri ilə kiçik şəhərlər arasında artan bərabərsizliklərlə üz-üzədir.

Biz bir şəhərin böyüyərkən yaxınlıqdakı başqa bir şəhərin tədricən zəifləməsinin nə demək olduğunu bilirik. Gənc ailələrin artıq ev ala bilməməsinin, bütöv nəsillərin perspektiv hissini itirməsinin nə demək olduğunu bilirik.

Bu reallıqlar dünyanın hansı hissəsindən gəlməyimizdən asılı olmayaraq bizi eyni çağırışlar qarşısında qoyur. Problem ortaqdırsa, həll yolları da ortaq olmalıdır. Dünya bilik və nailiyyətləri təcrid olunmuş şəkildə qorumaqdansa, onları sərbəst şəkildə bölüşməlidir. Çünki evlərimiz və gələcəyimiz ortaqdır.

Onun sözlərinə görə, investisiyalar infrastruktur naminə infrastruktura deyil, insanlara yönəlməlidir. 

“Texnologiya insanlığa xidmət etməli, onu əvəz etməməlidir. Rəqəmsal sistemlər və ağıllı şəhərlər yalnız insanlara xidmət etdikdə, bərabərsizlikləri azaltdıqda, həyatı daha əlçatan, təhlükəsiz və ləyaqətli etdikdə həqiqi dəyərə malik olacaq.

Ən əsası isə mənzil siyasəti sadəcə sahəvi siyasət olaraq qalmamalıdır. O, cəmiyyətin gələcəyinə dair siyasətə çevrilməlidir. Çünki nəticə etibarilə biz insanları gəlirinə, nəslinə və mənşəyinə görə ayırmayan şəhərlərə ehtiyac duyuruq. Biz imkan yaradan, icma formalaşdıran şəhərlər istəyirik.

Gəlin şəhərin uğurunu göydələnlərinin sayı, silueti və ya ümumi məhsulu ilə ölçməyi dayandıraq. Gəlin şəhəri ən həssas insanın belə evə, çıxış imkanına və söz haqqına malik olub-olmaması ilə ölçməyə başlayaq.

Xanımlar və cənablar, bu gün şəhərlər geopolitikanın praktik təzahürüdür. Onları necə qurmağımız təkcə həyatımızın keyfiyyətini deyil, cəmiyyətlərimizin sabitliyini, dövlətlərimizin dayanıqlığını və siyasi sistemlərimizə olan etimadı müəyyən edəcək.

Gələcək yalnız iqtisadi artımla ölçülməyəcək. Gələcək insanların yaşamaq, ailə qurmaq, işləmək və arzularını gerçəkləşdirmək istədiyi şəhərlər yarada bilib-bilməməyimizlə ölçüləcək.

Gəlin Bakını sadəcə daha bir bəyannamə ilə tərk etməyək. Gəlin Bakını qətiyyətlə tərk edək ki, Bakı fəaliyyət çağırışı sözləri ilə deyil, onun nəticəsində tikiləcək evlərlə xatırlansın”, - Bolqarıstan Prezidenti çıxışında qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 May 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri