Gəlini və qardaşı tərəfindən öldürüldüyü deyilən qadının qohumu: “Meyiti yuyanda boğazında izlər görmüşdüm“ VİDEO
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Biləsuvarın İsmətli kəndində xəstəlikdən öldüyü deyilən 72 yaşlı qadının qətlə yetirilməsinin bəzi təfərrüatı ortaya çıxıb.
Kənd sakini Almaz Cəfərovanın ölümündən təxminən 40 gün sonra məlum olub ki, qadın gəlini 30 yaşlı Gülbəniz Həsənzadə və onun qardaşı 25 yaşlı Qasım Həsənov tərəfindən öldürülüb.
"Bu hadisə ilə bağlı şübhələrim var idi. Meyiti yuyanda boynunda, boğazında izlər görmüşdüm. Əl-qolunu bağlayaraq boğublarmış", - deyə mərhumun qohumu bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Almaz Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini və onun qardaşı saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhumun nəşi ekshumasiya üçün məzardan çıxarılıb. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 15 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















