Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağdaş rayonunda gəlininin evinə qanunsuz basqın etməklə onu bıçaqlamaqda təqsirləndirilərək həbs edilən 72 yaşlı kişi istintaq təcridxanasında ölüb.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, 1954-cü il təvəllüdlü Xanbala Ağayev saxlanıldığı təcridxanasında dünyasını dəyişib. Onun meyiti ailə üzvlərinə təhvil verilib.
Xatırladaq ki, Ağdaş rayon sakini X.Ağayevin oğlu ötən il yol-nəqliyyat hadisəsi zamanı həlak olub. Hadisədən sonra onun gəlini X.Ağayevin evindən çıxaraq ayrı yaşamağa başlayıb. X.Ağayev gəlinin ünvanını öyrənərək həmin mənzilə qanunsuz daxil olaraq onu öldürməyə cəhd edib. O, gəlininə bir neçə bıçaq zərbəsi endirib. Səsə X.Ağayevin qardaşı oğlu İslam Ağayev gələrək X.Ağayevin cinayəti başa çatdırmasına mane olub.
Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən X.Ağayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, X.Ağayev istintaq təcridxanasında ölüb.
Baxış sayı:158
Bu xəbər 28 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















