Almaniyada artım, Fransada azalma
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avrozonada iqtisadi fəallıq noyabr ayında sabit qalsa da, regionun aparıcı iqtisadiyyatları arasında fərqlər daha da dərinləşib. Almaniyada sənaye istehsalının və xidmət sektorunun canlanması ümumi iqtisadi aktivliyə müsbət təsir göstərdiyi halda, Fransada daxili tələbin zəifləməsi və siyasi qeyri-müəyyənlik iqtisadi geriləməni sürətləndirib.
“S&P Global” şirkətinin noyabrın 23-də açıqladığı ilkin Kompozit Satınalma Menecerləri İndeksinə (PMI) əsasən, Avrozonada göstərici 51,7 səviyyəsində qərarlaşıb. Bu, əvvəlki ayın səviyyəsinə uyğundur və iqtisadi fəallığın artımının ardıcıl 5-ci ayda davam etdiyini göstərir.
Ölkələr üzrə nəticələr isə fərqli mənzərə yaradıb. Belə ki, Almaniyada Kompozit PMI oktyabr ayındakı 53,4 səviyyəsindən noyabrda 55 bəndə yüksəlib. Bu, 2022-ci ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir.
Fransada isə əks tendensiya müşahidə olunub. Avrozonanın ikinci böyük iqtisadiyyatında Kompozit PMI 46,6-dan 46,2-yə enib. Bununla da özəl sektorda iqtisadi fəallığın azalması daha da sürətlənib.
Beləliklə, noyabr ayının ilkin göstəriciləri Avropa iqtisadiyyatında ümumi artımın qorunduğunu, lakin bu dinamikanın getdikcə daha çox Almaniyanın sənaye potensialından asılı vəziyyətə düşdüyünü göstərir. Fransadakı zəifləmə və regionun digər ölkələrində iqtisadi artımın səngiməsi isə Avrozonanın gələcək iqtisadi perspektivləri ilə bağlı qeyri-müəyyənliyi artırır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 24 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















