Gəlinlik geyib özünə toy edən cinsi azlığı Nabrana apardılar, qayıdanda yoxa çıxdı DƏHŞƏT
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2021-ci ilin isti avqust günlərinin birində Puta qəsəbəsində yaşayan Emil Əhmədov Körgöz qəsəbəsindən qayıdarkən Lökbatan–Qızıldaş avtomobil yolunun kənarı ilə gedəndə kəskin qoxu hiss edib. O, əvvəlcə bu qoxunun hansısa çürüməkdə olan heyvan cəsədindən gəldiyini düşünsə də, qoxunun kəskinliyi, həm də yolun kənarındakı yaşayış olmayan yarımtikilinin həyətindən gəlməsi Emili düşündürüb. Barınən üstünə qalxıb həyətə baxdıqda həyətin ortasında qəribə bir cəsəd görüb. Artıq çürüməkdə olan cəsədin insanana məxsus olduğunu düşünüb və cəsədə yaxınlaşıb. O, yanılmamışdı… Ətrafa kəskin qoxu verən cəsəd insana məxsus idi. Emil bu barədə hüquq mühafizə orqanlarına məlumat verir.
Hadisə ilə bağlı yayılan ilk məlumatda qətlə yetirilənin qadın olduğu bildirilsə də, araşdırma nəticəsində onun cinsi azlıq mənsubu olan Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Əhəd Nuriyev olduğu müəyyən edilib. Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci — qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Əhəd Nuriyevin ölümünə ürəyin zədələnməsi ilə müşahidə olunan kəskin qan itirmə səbəb olub. Əhədə kürəyindən nə az, nə çox 9 bıçaq zərbəsi vurulmuşdu…
Mərhumun anası Ağgül Nuriyeva bildirib ki, Əhəd Nuriyev onun kiçik oğludur. Sonradan özünə Nunu ləqəbi qoyaraq transseksual olan Əhəd Nuriyev 2017-ci ildə evlənibmiş. Günel Nuriyeva adlı xanımla ailə quran Əhədgilin bu izdivacdan bir övladları da dünyaya gəlib.
Toydan 9 ay keçdikdən sonra onlar boşanıblar.
Əhədin anası onu da deyir ki, bundan sonra oğulları müxtəlif ünvanlarda kirayədə qalıb və ailə üzvlərinə taksi sürücüsü işlədiyini bildirib. 2021-ci ildə atası öz adına Kia markalı avtomobil alaraq etibarnamə ilə Əhədə verib. Həmin ilin iyul ayında isə Əhədin keçmiş arvadı Əhədin anasına zəng edərək oğullarının transseksual olduğunu xəbər verib. Qadın deyib ki, Əhədin YouTubeda gəlin paltarında video görüntüsü yayılıb. Bəli, bir neçə il öncə saytlrda “transeksualların toy mərsimi keçirildi” başlığı ilə yayılan xəbərlərdəki gəlinlik geyinmiş şəxs bu günkü verilişimizdə qətlindən danışdığımız Əhəd Nuriyev idi…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















