Icma.az
close
up
RU
“Gəlir Böyük Azərbaycan” İrandakı milli fəaldan üsyanla bağlı ilginc açıqlamalar

“Gəlir Böyük Azərbaycan” İrandakı milli fəaldan üsyanla bağlı ilginc açıqlamalar

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Tehrandakı Böyük Bazar ticarət mərkəzi alverçilərinin başlatdığı və artıq on üçüncü gündür davam edən aksiyalar İranın bütün şəhərlərinə yayılıb. Əvvəlcə dinc keçirilən etirazlarda artıq qan tökülüb. 40-dan çox ölüm, yüzlərlə yaralı, minlərlə şəxsin həbsinə səbəb olan iğtişaşlar idarəolunmaz xarakter alıb. Hələlik kortəbii olan prosesin nə ilə nəticələnəcəyi İranda yaşayan Güney Azərbaycanlı və digər türkləri, o cümlədən başqa millətləri düşündürür. Bu hadisələrlə bağlı Güney Azərbaycan milli fəallarının fikrini öyrənmək qərarına gəldik.

Bakupost.az-ın suallarını cavablandıran milli fəal, ədəbiyyatşünas, tərcüməçi Araz Əhmədoğlunun müsahibəsini təqdim edirik:
– İrandakı üsyan bu dəfə də uduza bilərmi?
– Bu dəfə üsyanın mahiyyəti fərqlidir. İqtisadiyyat fələc (iflic) olub. Dollar, qızıl hər gün qiymət dəyişir. Ona görə alver olmur. Alver olmadıqda rant (qazancı – C.) olmayan kütlənin işi, gəliri dağılır, çörək ağacı kəsilir. Yoxsulluq xəttindən aşağıdakı milyonlar artıq ölümdən qorxmur. Ölümdən qorxmayan, aclıqdan ölməkdənsə, savaşıb ölməyi seçər. İndi İran adlı bu coğrafiyada durum belədir. Üsyanın bu dəfə uduzub-uduzmaması çox faktlardan asılıdır. Amma ən önəmli olan Amerika, İsrail, eləcə də Türkiyə və lap başda Azərbaycan Respublikasının milli mənfəətləri, uzaq plandakı maraqları və təhlükəsizliyini qarantı etmək məqsədidir və daha çox o uluslararası istəklərdən, planlardan asılıdır. Amerika, İsrail, Türkiyə dünyada öz nüfuz güclərini artırmaq istəyirlər. Azərbaycan da bu duruşmada geridə qalmamalıdır. (Güney) Azərbaycanın qurtuluşu güclü böyük Azərbaycan deməkdir. Rəhmətlik Xəlil Rza Ulutürk yazdığı kimi “Gəlir Böyük Azərbaycan!” Bu mübarək gəlişi Amerika, İsrail, Türkiyə, eləcə də başqa ölkələr öz mənafelərinə qarşı görməsələr, mütləq gəlməlidir.
– Rejim bir zamanlar xaricdə bəslədiyi yaraqlıları ölkəyə gətirməyə başlayıb.
– Bu eybəcər, çirkin bir işin üzə çıxması bir dövlətin sona çatıb bitməsi deməkdir. O dövlət aydıncasına öz məşruiyyətini itirib və öz əli ilə ölümünü imzalayıb.
– Xameneyinin dialoq razılığı inandırıcıdırmı?

– Onun danışıqları bir cür yazılıb əlinə verilmiş cümlələrdir. Diqqət etsək, çox vaxt yaddaş üzündən oxuyar. O danışıqlar üzdə Amerikaya, İsrailə qarşı görünə bilər, amma onların uzaq mənfəətlərini İslam dünyasında qoruyub nəticəyə çatdıran da o sözlərdir. Artıq hər şey çoxdan aydın görünür. Adi kütlə belə bu oyunu başa düşüb.
– Güney Azərbaycan təşkilatlarından aksiyalara qoşulmaq çağırışı gəldi. Milli fəallar aksiyaya dəstək verəcəklərmi və ya verməlidirlərmi?
– Yəqin ki hamısı daha çox Amerikanın Venesueladakı kimi taktiklərini izləyir. İran adlı coğrafiya içərisindəki Türklər hələ ki dözüb gözləyir. Ərəblər, Bəluçlər Qaşqaylar, Türkmənlər də Azərbaycan Türklərinə baxıb gözləyir. Amma hamısı birlikdə vaxtı gəldikdə bir sözü danışmalıdır – bağımsızlıq. Başqa yol fars olmayan millətlərin birdəfəlik sonu olar. Əslində internetdə yayılmış İrandakı üsyan xəritələri daha çox fars dilli, irançı düşüncənin tərəfdarlarının etiraza durmasını göstərir. Həmin xəritədə Türklərin, Ərəblərin, Bəluçların, Qaşqayların, Türkmənlərin olmaması irançılıq düşüncəsinə inanmayıb öz müqəddəratını təyin etmək referendumu kimi bir varsayımdır (statistikadır).
– Məsud Pezeşkian rejimdən sonra prezidentlikdə qala bilərmi?
– Heç indi onu qəbul edə bilirlərmi ki, sonra da qala bilsin? Farslar fars olmayanın rəisliyini istəmir. Heç istəmir. Pezeşkian özü də dəfələrlə deyib: “Mənim rəis cümhur (prezident – C.) olmaq niyyətim yox idi. Yalnız səs vermələrə iştirakı artırmaq üçün məni qəbul edib prezidentliyə gətirdilər”. Onun bir cümlə Türkcə danısmasına dözə bilməyib kağız ilə ixtar (xəbərdarlıq – C.) verən farslar heç vaxt, nəyin bahasına olur olsun, ikinci dəfə bir Türkü rəis cümhur məqamında istəmirlər.
– Bu arada Rza Pəhləvi dalbadal açıqlamalar verməyə başlayıb...

– Rza Pəhləvi özü heç bir şey deyil. Amerika dövləti də, qarşı cəbhə (müxalifət) də bunu bilir. Amma onun savadsız babası da heç bir işə yaramadığına baxmayaraq, super güclər onun işə gətirib şah etdilər. Rza Pəhləvinin sözləri daha çox Türkləri üsyandan iraq saxlamaq üçün atılmış bir daş kimi görünür. Amma eyni halda onun Türklərə qarşı dilə gətirdiyi sözlər Pəhləvi və paniranist düşüncənin başında gələn arzularıdır. Onların doktorinində (nizamnamə) Türklər ən təhlükəli düşmən sayılır. “Xalq mücahidləri” örgütü (təşkilatı) də eyni düşünür. Amerika tərəfindən ikinci alternativ seçilib üstündə çalışılan qollardan biri də Rəcəvilərin başçılıq etdiyi “Xalq mücahidləri” örgütüdür. Onlar Pəhləvilərdən də daha artıq təhlükəlidir.

– Güney Azərbaycan bu proseslərdən nəyi qarşıya məqsəd qoymalıdır?
– (Güney) Azərbaycan bu etirazlarda başqa millətlər ilə birlikdə hərəkət etməli, istəkləri hər millət öz bağımsızlığı əldə etməli, milli varlığını qoruyaraq, milli haqlarına təkid etməli, eyni halda xalqlar arasında dostluq, iş birliyi aparmalı məntəqədə sülh üçün addım atacaqlarına zəmanət verməli və hamısının istəkləri bir olmalıdır.
– Xameneyinin Rusiyaya qaçmaqla bağlı “B” planının olduğu deyilir.
– Hər şey ola bilər. Bəşir Əsəd göz önündədir. 23 milyard dolar az pul deyil. O pula görə Rusiya onu qoruyur. İndi o pulun neçə qatını birisi versə, əlbəttə ki pula görə onu da qoruyacaqlar. 1 milyon dolardan çox pulu olana qanun işləməz.
Cavid, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Yanvar 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri