Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

İrandakı anti Azərbaycan qruplar yenidən fəallaşdı

İrandakı anti Azərbaycan qruplar yenidən fəallaşdı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Rəsmi Tehran Bakıya nazir müavinini göndərib; Azərbaycanın hərbi qüdrətindən narahat olan dairələr yenidən “köhnə havalara” qayıdıb

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıya gəlib. Xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə olunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını bildiriblər.

Maraqlıdır ki, səfər ərəfəsi İranda fəaliyyət göstərən anti-Azərbaycan qrupun üzvləri fəallaşıblar. Qrupun əsas üzvlərindən olan Əhməd Kazemi özünün şəxsi blogunda Azərbaycan əleyhinə daha bir məqalə ilə çıxış edib. O iddia edib ki, guya Bakı, Ankara və İrəvan arasında İran əleyhinə gizli razılaşmalar var. “Bakı və Ankara İranın mövqeyini zəiflətmək üçün Zəngəzur dəhlizinə yeni ad seçib”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla olan danışıqlarda İranı geosiyasi intriqaya çəkmək niyyətində olub. Bu azmış kimi, Kazemi onu da iddia edib ki, Zəngəzur bölgəsində əhalinin azalması və köç etməsi Bakının planları ilə əlaqəlidir.

“Ermənistanla ABŞ arasında bağlanan müqavilə ölkəmiz üçün siyasi təhlükədir”. Bunu isə İran parlamentinin Quruculuq Komissiyasının üzvü Əlireza Nesari “Khabarfori” saytına açıqlamasında deyib. O qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi marşrutunun İrandakı 107 kilometrlik hissəsinin təkmilləşdirilməsinə və tikintisinə ehtiyac var və bu iş 4-5 il çəkəcək.

Nesari onu da bildirib ki, İran bəzi addımlar atmalıdır: “Biz iki məsələni proqnozlaşdırmalıyıq: İran torpağından keçən hissə tamamlanarsa, ağırtonnajlı nəqliyyatın keçidi daha asan olacaq. Bu marşrutu təmin etsək, onlar bizim marşrutla keçmək məcburiyyətində qalacaqlar”.

İranın 8 noyabrda keçirilən Zəfərin 5 illiyinə həsr olunmuş hərbi parad isterikası da hələ davam edir. Bu ölkənin mediası mütəmadi olaraq Azərbaycanın nümayiş etdirdiyi silahları təftiş və onların özləri üçün “təhlükə” olduğunu iddia edir. “Mashregh News” saytı bununla bağlı yazıb ki, guya paradda nümayiş etdirilən bütün silahlar İsrail istehsalıdır. Hətta Çin və Rusiya istehsalı olan silahları belə İsrailin adını çıxıb.

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a söylədi ki, son illərdə, xüsusilə də Qarabağ zəfərindən sonra İranda müəyyən siyasi dairələrin təmsilçilərinin və anti-Azərbaycançı qrupların ölkəmizlə bağlı əsassız iddialar irəli sürərək, regionda yeni yaranan geosiyasi reallıqlara qarşı müqavimət göstərməsi açıq şəkildə müşahidə olunmaqdadır: “Bu dairələr Azərbaycanın müstəqil və çoxtərəfli xarici siyasət kursunu, eləcə də Cənubi Qafqazda əldə etdiyi strateji nailiyyətləri heç bir şəkildə həzm edə bilmirlər. İranın bu anti-Azərbaycan ritorikası əsasən üç mərkəzi xətt üzrə formalaşır. Birincisi, Azərbaycanın suveren xarici siyasətinə qarşı təzyiqdir. Belə ki, İranın bəzi siyasi dairələri Azərbaycanın qlobal güc mərkəzləri ilə, xüsusilə də Qərb və Türkiyə ilə əlaqələrini inkişaf etdirməsini Tehran üçün bir təhlükə olaraq görürlər. Bu dairələr Azərbaycanın müstəqil siyasi qərarlar qəbul etməsini, həm regionda, həm də beynəlxalq səviyyədə təsirli bir aktora çevrilməsini qəbul etməkdə çətinlik çəkirlər.

İkincisi, İranın siyasi dairələrində Azərbaycanla bağlı əsassız etnik və tarixi iddiaların təkrarlanmasıdır. Bu qruplar ölkənin daxili işlərinə qarışmaq üçün müxtəlif sosial və etnik təzyiqlər yaratmağa çalışırlar. Məqsəd İranda yaşayan soydaşlarımızın Azərbaycanla olan mədəni və etnik bağlarını zəiflətməkdən, Azərbaycanın inkişaf modelindən ilhamlanmaqdan yayındırmaqdır.

Üçüncü xətt isə özündə regiondakı yeni güc balansına qarşı müqaviməti ehtiva edir. 44 günlük Vətən savaşından sonra Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, həmçinin Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının əsas oyunçusuna çevrildi və İran bunu regiona təsir imkanları baxımından təhdidi olaraq görür. Eyni şəkildə Azərbaycan və Ermənistan arasındakı əməkdaşlığı, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı razılaşmaları da özünün iqtisadi və strateji maraqlarına zərbə olaraq qiymətləndirir. Halbuki Zəngəzur dəhlizinin inkişafı, yalnız Azərbaycanın deyil, həm də regionun iqtisadi və kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də İranda anti-Azərbaycan qüvvələrin mövqeyini və təbliğatını, regiondakı yeni geosiyasi reallıqları qəbul etməkdən yayınmağa çalışan qüvvələrin öz mövqelərini qorumağa yönəlmiş cəhdi kimi qiymətləndirmək lazımdır".

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi Niyaməddin Orduxanlı cənub qonşumuzu Azərbaycanın hərbi qüdrətindən narahat olmamağa çağırdı: “Azərbaycan hər zaman İran dövləti ilə normal, ikitərəfli və qarşılıqlı münasibətlərin olmasında maraqlı olub. Biz İranı da türk dövləti hesab edirik. Zəngəzur dəhlizinin açılması ən çox İran iqtisadiyyatına böyük xeyir vermiş olur. Əhməd Kazemi böyük səhvə yol verir və qərəzlidir. Hansı təhlükədən söhbət gedə bilər? On illərdir Amerikanın ağır sanksiyalarına məruz qalan, əhalisinin böyük hissəsi yoxsulluq səviyyəsindən aşağı yaşayan İran dövlətinə Zəngəzur dəhlizinin açılması quru yolla böyük ticari əlaqələr yaradacaq. Çox təəssüf ki, İran molla rejiminin nümayəndələri hələ də Azərbaycanın inkişafını, güclənməsini, qüdrətlənməsini ölkələri üçün təhdid kimi qəbul edirlər. 5 illik paradımızda Azərbaycanın hərbi qüdrətinin bir daha nümayiş etdirilməsi İran rəsmilərini narahat etməməlidir. Biz tək İsrail dövləti ilə deyil, qardaş Türkiyə, Pakistan, İtaliya, Belarus, Çin və o cümlədən də Rusiya ilə hərbi əməkdaşlıq edirik. İranın həmin dairələri niyə unudurlar ki, 30 ildən artıqdır ki, müsəlman məscidlərini dağıdan və donuz saxlayan Ermənistana hər cür dəstəyi verən İran dövlətidir.

Qarabağda vaxtilə “Ohanyan səddi”ni tikən və buna görə Ermənistana milyonlarla ton sement verən İran deyildimi? Qarabağın bütün daşını, kəsəyini söküb İrana aparan kim idi?"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri