Icma.az
close
up
RU
Gəlirlər azaldı, xərclər vətəndaşın cibi hesabına qarşılanır Çıxış yolu budur?

Gəlirlər azaldı, xərclər vətəndaşın cibi hesabına qarşılanır Çıxış yolu budur?

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Azərbaycanda 7 ildir ki, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlir vergisinə güzəştlər tətbiq edilir. Əslində güzəştə görə vergilər sıfırlansa da, əvəzində DSMF-yə ödənişlər artmışdı. Bu ilin sonunda güzəştlərin müddəti bitir – nə Maliyyə Nazirliyi, nə də hökumətin digər rəsmi qurumları vergi güzəştlərinin uzadılacağı ilə bağlı heç bir məlumat vermirlər.

Bakupost.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, məmləkətin gəlirləri azalıb, xərcləri artıb:

"Belə olanda adətən, biznes üçün fürsətlər genişləndirilir ki, iqtisadi aktivliyin yüksəlməsi vergi daxilolmalarını artırsın. Bizdə hökumət bu yolu getmək, deyəsən, istəmir. Cərimələrin, vergilərin, kommunal ödənişlərin artırılması yolu ilə büdcəyə daxil olan vəsaiti çoxaltmaq istəyirlər – kökündən yanlış yoldur, iqtisadiyyatı daha da daraldacaq, insanların gəlirlərini azaldacaq yoldur. Gəlir azalanda xərcləmələr də azalır – deməli, iqtisadi aktivlik aşağı düşür, ÜDM artımı zəifləyir, rifah səviyyəsi enir.

Hökumət məhz bu yolla getdiyinə görə Azərbaycanda bu ilin ilk 8 ayında ÜDM artımı cəmi 0,9% olub ki, bu, əslində ressesiya göstəricisidir. İqtisadi aktivliyin zəiflələməsi ona gətirib çıxartdı ki, Azərbaycan adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşdü.

Hökumət fiziki şəxslərin (qeyri-dövlət və qeyri neft sahəsində çalışanlar) vergi güzəştlərini ləğv etsə, maaşdan (gəlirdən) 14% vergi sisteminə geri dönsə, bu yanlışın kubu olacaq. Həmən “boz əmək bazarı” yenidən artacaq, rəsmi müqavilələrlə çalışanların sayı azalacaq, rəsmi müqavilədə göstərinlən maaşla real maaş arasında ciddi fərq yaranacaq, kiçik-orta sahibkarlar daha çox işçini ixtisara salmağa məcbur olacaq.

Fiziki çəxslərə 14%-lik vergini geri qaytarsalar, məntiqlə, DSMF ödənişlərini KƏSKİN azaltmalıdırlar, bu zaman da Sosial Müdafiə Fonduna toplanan vəsait ciddi azalacaq, onlara ödənilən dotasiyanı artırmaq məcburiyyəti yaranacaq. Yəni, hökumət vətəndaşdan vergini artıq yığıb, həmin vəsaiti DSMF-yə ötürməli olacaq, yəni, “yazı-pozu işi”, vətəndaşın dövlətdən-hökumətdən incikliyi artacaq.

Ona görə də, hökumət papağını qabağına qoyub bir daha düşünməlidir – anlayıram, ölkənin gəlirləri azalıb, xərclər çoxalıb, amma o xərcləri vətəndaşın cibi hesabına qarşılamaq cəhdi uğursuz olacaq, iqtisadiyyat zatən daralır, bu addımdan sonra daha da kiçiləcək. Ona görə də, bu vergi güzəştləri, ən azı, daha 7 il uzadılmalı, paralel olaraq da iqtisadi azadlıqlar genişləndirilməlidir..."


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Sentyabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see221

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri