Icma.az
close
up
RU
Yuxusuzluğa necə qalib gəlməli: 7 məsləhət

Yuxusuzluğa necə qalib gəlməli: 7 məsləhət

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Çox vaxt insanlarda kəskin və ya stresslə bağlı yuxusuzluq müşahidə olunur.

Bu, orqanizmin xarici amillərə reaksiyasıdır. İnsan sakitləşəndə və stress vəziyyətindən çıxanda yuxu da normallaşır. M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yuxu təbabəti bölməsinin müdiri Mixail Poluektov bu barədə fikirlərini bölüşüb. Alim yuxusuzluğa qalib gəlmək üçün bir neçə məsləhət verib.

AZƏRTAC bildirir ki, M.Poluektovun sözlərinə görə, yuxusuzluq xəstəlik deyil, sindromdur. Əsas xəstəliyi müalicə edən kimi, yuxusuzluq da aradan qalxır.

Həkim deyib: "Yuxusuzluğun xroniki forması daha ağırdır. Belə yuxusuzluq aylarla davam edə bilər. Yuxunun uzun müddətə pozulması ciddi fəsadlara gətirib çıxarır: immunitet zəifləyir, ürək-damar xəstəlikləri, diabet və onkoloji xəstəliklər riski artır".

Bəs mütəxəssis yuxusuzluğa qalib gəlmək üçün hansı məsləhətləri faydalı hesab edir?

Yataqdan qalxmaq. Bəzən yuxunun pozulması üçün ciddi əsas olmur. Lakin insanda yuxusuzluğu gözləmə sindromu formalaşır. O, yuxuya gedə bilməyəcəyindən ehtiyat edir. Psixofizioloji faktor yaranır. Bu halda yataqdan qalxıb başını sakit bir işlə qatmaq lazımdır, onda yuxu öz-özünə gələcək.

Həkimə müraciət etmək. Əgər yuxusuzluq problemi iki-üç həftə davam edirsə və yuxunu müstəqil normallaşdırmaq cəhdləri səmərəsizdirsə, həkimə müraciət etmək lazımdır.

Fiziki fəallıq. Həkimlər yuxusuzluğa qalib gəlmək üçün məşq etməyi məsləhət görürlər. Yatmağa getməzdən 6 saat əvvəl idmanla məşğul olmaq çox faydalıdır. Müntəzəm fiziki fəallıq yuxunun keyfiyyətini yaxşılaşdırır. Bunu elmi tədqiqatlar da təsdiq edir.

Dəqiq vaxt rejimi. Yuxusuzluğa qalib gəlmək üçün eyni vaxtda yuxuya getmək və yuxudan oyanmaq lazımdır. M.Poluektovun sözlərinə görə, dəqiq vaxt rejimi nəinki yuxuya getmə probleminin həllinə, həm də gündüzlər insanın özünü gümrah hiss etməsinə kömək edir.

Stimulyatorlardan imtina etmə. Əgər yatmağa 6 saat qalmış fiziki hərəkətlər faydalıdırsa, yatmazdan əvvəl həm fiziki, həm də əqli fəaliyyəti məhdudlaşdırmaq lazımdır. Bundan əlavə, axşam saatlarında qəhvə, çay və spirtli içki içmək məsləhət görülmür, çünki onlar orqanizmə stumullaşdırıcı təsir göstərir. İşıqlandırma zəif, səslər isə boğuq olmalıdır.

İntim münasibət. Alimlər yatmazdan əvvəl yalnız intim yaxınlığı məsləhət görürlər. Bu zaman kişilərin orqanizmində gümrahlaşdırıcı dopamin hormonunu sakitləşdirən prolaktin hormonu, qadınların orqanizmində süstləşdirici oksitosin hormonu əmələ gəlir.

Sakitləşdirici içkilər. Yuxusuzluğa qalib gəlmək üçün çox vaxt xalq təbabəti vasitələri, məsələn, bal qatılmış isti süd, çobanyastığı çayı və digər sedativ bitki komponentlərinin çayları tövsiyə olunur. Alimlərin fikrincə, bu çayların aşkar yuxugətirici təsiri yoxdur. Lakin əgər insan belə çayların ona kömək etdiyini düşünürsə, onlardan imtina etməməlidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri