“Gəmilər hədəfimizdədir” İrandan Britaniya və Fransaya sərt TƏHDİD
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranda sərt xətt tərəfdarı kimi tanınan Keyhan qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Britaniya və Fransa hərbi gəmilərinin hədəfə alına biləcəyi ilə bağlı sərt açıqlama verib.
Redaktor.az xəbər verir ki, Şəriətmədari bazar ertəsi yayımlanan məqaləsində Fransa və Britaniyanın ABŞ və İsraillə əməkdaşlıq məqsədilə Süveyş kanalını keçərək Qırmızı dənizə daxil olduqlarını bildirib.
O qeyd edib ki, bu səbəbdən həmin gəmilərə qarşı hücum həyata keçirmək İranın “təbii və qanuni hüququ” hesab oluna bilər.
“Fransa və Britaniya orduları ABŞ və İsraillə əməkdaşlıq etmək üçün Süveyş kanalını keçərək Qırmızı dəniz sularına girdiklərini rəsmi şəkildə elan ediblər. Buna görə də bu gəmilərə hücum etmək bizim təbii və tanınmış hüququmuzdur”, - deyə o vurğulayıb.
Şəriətmədari əlavə edib ki, həmin hərbi gəmilər İranın uzaqmənzilli raket sistemlərinin hədəfindədir. O həmçinin bildirib ki, Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Bab əl-Məndəb boğazında raket üstünlüyünə malikdirlər.
“Yəmənin müqavimət qüvvələri də bu ilahi missiyanı yerinə yetirməyə hazır olduqlarını həvəslə bəyan ediblər”, - deyə o qeyd edib.
Mütəxəssislər hesab edirlər ki, regionda artan gərginlik Yaxın Şərqdə yeni hərbi riskləri daha da yüksəldə bilər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 May 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















