Icma.az
close
up
RU
Gəmilər vurulur Xaricdən gələn mallar bahalaşacaq

Gəmilər vurulur Xaricdən gələn mallar bahalaşacaq

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hörmüz boğazında təhlükəsizlik risklərinin artması və bəzi gəmilərə yönəldilən hücum iddiaları beynəlxalq ticarət zəncirində narahatlıq yaradıb. Bu, xüsusilə dəniz yolu ilə daşınan malların, o cümlədən Çin və Yaponiya istehsalı avtomobillərin çatdırılmasında gecikmə və qiymət artımı ehtimalını artırır. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, daşıma xərclərinin artımı təkcə Çin və Yaponiyadan gələn yüklərlə bağlı deyil. Digər istiqamətlərdə də qiymətlər yüksələcək. 
"Burada söhbət birja sistemi kimidir, bir yerdə bahalaşma digər istiqamətlərə də təsir göstərir, çünki gəmilərin sayı məhduddur və bu xidmətləri təmin edən bir neçə böyük logistika şirkətidir. Məsafələr uzandıqca gəmilərə tələbat artır. Məsələn, əvvəl bir gəmi bir ay yolda qalırdısa, indi eyni yol üç ay çəkirsə, avtomatik olaraq gəmiyə olan tələbat üç dəfə yüksəlir. Bu, həm gəmilərin sayına, həm də qiymətlərə birbaşa təsir göstərir. Ən çox təsir isə birbaşa həmin marşrutdan istifadə edən ölkələr üçün olur. Dolayı təsir bütün ölkələrə yayılır və ümumi daşıma xərclərini artırır. Məsələn, Azərbaycana Çindən, Koreyadan və Yaponiyadan gələn gəmilər əvvəllər İran üzərindən Bəndər-Abbas limanına çatırdısa, indi Poti limanı vasitəsilə 40–45 gün əvəzinə 60 gün çəkir. Bu müddət artımı və əlavə gecikmələr daşıma qiymətlərini yüksəldir".
Ekspert bildirib ki, üstəlik, kanal və limanlarda bağlanmalar və yüklənmə gecikmələri də xərcləri artırır. Beləliklə, bütün məhsulların daşıma xərcləri yüksələ bilər və nəticədə qiymətlərə təsiri qaçılmaz olur.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri