Icma.az
close
up
RU
“Gəmiqaya və Göygöl Tarixi Mədəni və Təbii Kompleksi” Azərbaycanın irs nümunəsidir Vüqar Rəhimzadə

“Gəmiqaya və Göygöl Tarixi Mədəni və Təbii Kompleksi” Azərbaycanın irs nümunəsidir Vüqar Rəhimzadə

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan, Azərbaycanın ayrılmaz hissəsi Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlərlə zəngindir. Həmin abidələrdən biri də “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”dir. Qürurverici haldır ki, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın mədəni irsi kimi artıq dünya miqyasında da tanınır. 11 iyul 2025-ci il tarixində UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında ölkəmiz tərəfindən təqdim olunan “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu uğur bütün xalqımız üçün böyük sevinc və qürur doğurur.

Ordubad rayonunun ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Minilliklər öncədən bu günə qədər qorunub saxlanılan qayaüstü təsvirlər - həyat, təbiət, insan və inancla bağlı izlər - sadəcə sənət nümunələri deyil, həm də milli yaddaşımızın daşıyıcılarıdır. Bu qayaüstü rəsmlər bizim kimliyimiz, mənəvi dəyərlərimiz, qədim dünyagörüşümüz haqqında zəngin mənbədir. Uzun illər əzində tarixin sirlərini özündə gizlədən Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə başlanıb. Xalqımızın tarixi keçmişinin öyrənilməsi baxımından Gəmiqayanın çox əhəmiyyətli abidə olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara alıb, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılıb, bir sıra elmi materiallar çap olunub.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, təəssüflər olsun ki, Gəmiqaya abidələrinin tədqiqi sahəsində aparılan işlər də 1980-ci illərin sonlarından unudulmağa başlanıb, tədqiqat işlərinə ara verilib. Erməni tərəfi bundan istifadə edərək tarixi yenə də saxtalaşdırmağa cəhdlər ediblər. Amma dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində onlar istədiklərinə nail ola bilmədilər. “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi də bunun bariz sübutudur.

Ordubad rayonunun Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşən Gəmiqayada daşlar üzərində yazılmış piktoqrafik yazılar Qaranquş, Gamışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınıb. Burada 2000-dən çox daş üzərində 7000-dən çox qayaüstü təsvir öyrənilib. Göygöl Zəngəzur silsiləsinin cənub yamacındadır. Sahəsi 1,5 hektar, dərinliyi 6,5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Vulkanik mənşəli bu göl dəniz səviyyəsindən təqribən 3000-3500 metr yüksəklikdə dağ ətəyində yerləşir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211, eni 103, ən dərin yeri isə 7 metrdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül dövründən xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli təsviri sənət nümunələri kimi bundan sonra da tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcək. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olub. Buna görə də “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm bir addımdır. Bundan sonrakı mərhələdə də Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək.

Milli Məclisin deputatı bildirib ki, bu ərazinin beynəlxalq təşkilat tərəfindən qorunmağa layiq hesab edilməsi regionun təkcə təbii gözəlliyi ilə deyil, həm də tarixi, arxeoloji və mədəni dəyəri ilə tanınması deməkdir. Gəmiqaya təkcə Ordubadın deyil, bütün Azərbaycanın qədimliyini və bəşəriyyətə bəxş etdiyi dəyərləri təcəssüm etdirən canlı irs nümunəsidir. Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına da xidmət edən bu mühüm hadisə bizim keçmişimizə verilən dəyər, gələcək nəsillərə ötürəcəyimiz bir mirasdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyul 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri