Icma.az
close
up
RU
Gen mühəndisliyində ilk: İnsan embrionunun kodu hərf hərf redaktə edilib

Gen mühəndisliyində ilk: İnsan embrionunun kodu hərf hərf redaktə edilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kolumbiya Universitetinin (Nyu-York) tədqiqatçıları dünya elmində ilk dəfə olaraq "əsasların redaktəsi" (base editing) adlı unikal texnologiya vasitəsilə insan embrionlarının genomunda nöqtəvi dəyişikliklər ediblər

"bioRxiv" preprint serverində dərc olunan bu araşdırma elmi ictimaiyyətdə həm böyük ruh yüksəkliyi, həm də ciddi narahatlıq doğurub. Belə ki, yeni metod DNT-dəki konkret mutasiyaları tək bir nukleotid səviyyəsində, daxili struktura zərər vermədən düzəltməyə imkan verir. Lakin bu addım gələcək insanların fiziki və davranış xüsusiyyətlərinin süni şəkildə dəyişdirilməsi ilə bağlı ciddi etik sualları yenidən gündəmə gətirib.

İndiyə qədər geniş istifadə olunan məşhur "CRISPR-Cas9" texnologiyası DNT zəncirlərini tam kəsərək hüceyrənin təbii bərpa mexanizmini işə salır. Bu üsul talassemiya, oraqvari hüceyrəli anemiya və karbamoyl fosfat sintetaza 1 (CPS-1) çatışmazlığı kimi irsi xəstəliklərin müalicəsində effektiv olsa da, xromosom strukturunun pozulması və genetik materialın itirilməsi kimi böyük risklər daşıyır. Kolumbiyalı alimlərin təklif etdiyi "əsasların redaktəsi" metodu isə DNT zəncirini kəsmir, kodu təşkil edən "hərfləri" bir-bir dəyişir. Sınaqlar çərçivəsində tədqiqatçılar eyni vaxtda üç gendə adenini (A) quaninlə (G) əvəzləyiblər. Bu dəyişiklik infarkt riskini azaldan və "pis" xolesterolu tənzimləyən "PCSK9" genini sıradan çıxarıb, həmçinin qan xəstəliklərinin qarşısını alan qoruyucu fetal hemoqlobin genlərini (HBG1 və HBG2) aktivləşdirib.

Yale Universitetinin ginekoloqu Emre Seli bu nailiyyəti gen mühəndisliyində "böyük konseptual dönüş" adlandırıb. Sidney Universitetinin eksperti Qreq Nili isə qeyd edib ki, bu kəşf insan embrionu ilə iş zamanı əvvəlki aqressiv üsullarla müqayisədə elmin daha ehtiyatlı və etik cəhətdən əsaslandırılmış yanaşmaya keçdiyini göstərir.

Bununla belə, texnologiyanın hələ kliniki tətbiq üçün hazır olmadığı bildirilir. Layihənin həmmüəllifi, bioloq Diter Eqli qeyd edib ki, gen dəyişikliklərinin embrionun bütün hüceyrələrində eyni dərəcədə getməməsi (mozaisizm problemi) hələ də qalmaqdadır. Bundan əlavə, DNT redaktorunu hüceyrəyə daşıyan matris RNT-nin yüksək konsentrasiyası hüceyrə bölünməsini poza bilər.

Eksperiment həm də "dizayner uşaqlar" (xarici görünüşü və intellekti sifarişlə dəyişdirilmiş insanlar) dövrünün başlaya biləcəyi qorxusunu artırıb. Stanford Universitetinin bioetiki Henk Qrili xəbərdarlıq edir ki, gələcəkdə süni mayalanma və genetik test laboratoriyalarının asanlıqla yaradılması nəzarətsiz manipulyasiyalara və genetik səhvlər ucbatından ağır xəstəliklərlə doğulan uşaqların ortaya çıxmasına səbəb ola bilər. 2018-ci ildə çinli alim He Jiankuinin insan embrionlarını redaktə etməsi və bu prosesin iki əkiz qızın doğulması ilə nəticələnməsi dünyada böyük qalmaqala səbəb olmuş, alim 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Diter Eqli isə bu cür narahatlıqların bir qədər vaxtından əvvəl olduğunu, mövcud texnologiyaların mürəkkəb genetik xüsusiyyətləri dəyişmək gücündə olmadığını vurğulayır. O, bu metodların insanı "təkmilləşdirmək" üçün deyil, yalnız ağır irsi xəstəliklərin qarşısını almaq üçün elmi araşdırma predmeti olaraq qalmalı olduğunu müdafiə edir.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri