Icma.az
close
up
RU
Sadəcə dörd hərf AİLƏ

Sadəcə dörd hərf AİLƏ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sadəcə dörd hərf – ailə... İki nəfərin nikahda bir-birinə uzun bir yolçuluqda yolyoldaşı olmağa söz verdikləri an “doğulur” ailə. İlk cümləsi “xoşbəxt olun”la başlayan, lakin qarşıda hələ ömrün düz dörd fəslindən bəhs edəcək kitabın yazılmasını bir imza ilə gerçəkləşdirənlər gətirir bu ailəni dünyaya. Bir-birinə ömür-gün yoldaşı olmaq istəyənlərin bir qələmlə yazdıqları ailə kitabı, ömür kitabı... Dörd fəsilli bu kitabı vərəqləyərkən öncə təbiətlə insanın vəhdəti gəlir gözlər önünə. İnsanmı təbiəti, təbiətmi insanı yaratmış? Bu, təbii ki, hələ bir sirr olaraq qalmaqdadır. Lakin bu iki varlığın oxşarlığıdır insanı düşündürən. Nə qədər bənzərdir təbiətlə insan... Uşaqlıq ilk bahar, gənclik bahar-yay, orta yaş payız, qocalıq qışdır. Hələ insan kimi uzunömürlü ola bilən ailələr də təbiətə, onun dörd fəslinə bənzərdir.

Yeni qurulan ailə ilk bahara bənzəyir. Torpaq altından yavaş-yavaş pöhrə verən və gələcəyin barı-bərəkəti olacaq taxıl zəmilərinə, fidanları yenicə əkilən, lakin qarşıda dünyaya ətir saçacaq gül plantasiyalarına bənzəyir. Ailənin ilk baharında iki gənc ev qurmağa, qoca nənələrimiz demişkən, yurd-yuva sahibi olmağa can atır. Ata-analar gənc ailənin qayğıları ilə yaşayır, onların da ev-eşik sahibi olmaları üçün çalışırlar.

Bir azdan baharın ən gözəl çağı – min bir rəngli çiçəklərin təbiətə səpildiyi, hər yerə ətrini saçdığı dövrü başlayır ailənin. Dünyaya körpə gəlir. Dünənədək iki gəncin sevgisiylə dolan mənzilə yeni nəfəs qatılır. Ev-eşik, divarlar körpə qoxusu verir. Bu qoxu iki gənci valideyn edir, çiyinlərinə böyük bir məsuliyyət qoyur. Övladlarını alırlar qucaqlarına. Dünyanın ən gözəl sevgisi olan övlad sevgisi nə qucağa sığır, nə mənzillərin otaqlarına... Bu sevgi bir ovuc boyda olan, lakin nələr-nələr sığdıra bildiyimiz ürəyimizə sığır. Ata-ana olur insan. Elə bu zaman da ata-ana qədrini bilməyə başlayırıq. Yuxusuz gecələr, qayğılı gündüzlər anamızı andırır bizə. “Bir ailəm var, məsuliyyəti tam mənim üzərimdədir” hissi atamızı xatırladır bizə. Sanki baba-nənələrimizin “ata-ana olmayan bilməz valideyn qədrini” deyimini də məhz bu zaman dərk edirik...

Oğul, qız – fərqi yoxdur, doldurur evimizi sevinclə, xoşbəxtliklə... Qayğılı günlər başlayır ailədə. Nə qədər gözəl günlərdir bu qayğılı günlər. İnsanın həyatını maraqlı edən, ömrünü mənalandıran günlərdir övlad qayğısı çəkmək. Onun böyüməsini izləmək – balam bu gün bir addım atdı, bir kəlmə söz söylədi, bir şeir dedi, birinci sinfə getdi, əla qiymət aldı, idmanda uğur qazandı, olimpiada qalibi oldu, universitetə daxil oldu, əsgər getdi, ailə qurdu kimi sevinclərini yaşamaqla bərabər, xəstələnəndə qayğısını çəkmək, niyə yemədi, niyə yaxşı oxumadı, niyə yoldaşlarından geri qaldı, – deyə narahatlıq keçirmək də gözəldir. Axı bu, bir ailədə yaşananlardır. Yaxşılar da, yaxşı olmayanlar da bizimdir. Yaxşını lap yaxşı, yaxşı olmayanı yaxşı səviyyəsinə gətirməkdir valideynlik vəzifəsi, məsuliyyəti.

Ailəyə cəmiyyətin kiçik bir parçası deyirik. Bu kiçik qurumda özünü tapanlar cəmiyyətdə də özünü təsdiq edə bilir. Bu, ailə adlı ömrün yay fəslinə bənzəyir. Necə ki, yayın sonuna doğru təbiət bütün barını qoyur ortaya, ailənin də “yay mövsümündə” onun cəmiyyət üçün verdiklərinin “keyfiyyəti” çıxır meydana.

Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərini əks etdirən, özünəməxsus ənənələri ilə nümunə olan ailələrimiz. Bir evin dörd divarı arasında, bir süfrənin başında dostluğu, yoldaşlığı, birliyi, vətənpərvərliyi, etibarı, qənaəti, paylaşmağı aşılayan ailələrimiz. Böyük-kiçik yeri bilməyi, harada oturub-durmağı, harada necə danışmağı öyrədən ailələrimiz.

Ailə dəyərlərimizi dəyərləndirən, “ömrünün” ayrı-ayrı zamanlarında Gümüş, Qızıl, Brilyant toylu-büsatlı ailələrimiz, nə gözəl yaraşır ömrünə hər fəslin öz “donu”. Bu donları dəyişdikcə uzanır ömrün, xalqımıza məxsus uzunömürlü ailə modelini yaradırsan evlərimizdə.

Ömrün qış fəsli saçları bəyazlaşdırdıqca bir ömür yolyoldaşı olanların bir-birinə sevgisi, sayğısı daha da artır. Çünki bu yolçuluqdakı maneələri, keşməkeşləri aşmaq, nahamarlıqları qət etmək, payız küləklərinə sinə gərmək əzmi insanları bir-birinə dost edir, ayrılmaz dost... Onları gənc ailələrin nəsihət verəninə, məsləhətçisinə çevirir. Baba-nənə edir. Övladdan da şirin paylı – nəvəli, nəticəli, kötücəli edir. Və bir ömürlük yolyoldaşlarının çatdığı son mənzil neçə-neçə nəsillər sonra da xatirələrdə gözəl bir ailənin ünvanını yaşadır.

Lakin bəzən ömrünün payız fəslini keçib qışa – sona çatmayan ailələrimiz də olur. Dörd fəsli başa vura bilməyən ailələr yarımçıq ömürlü ailələrdir. Təbiətin fəsillərinin ardıcıllığı öz “əlindədirsə”, ailənin “dörd fəslini” sıralamaq biz insanların əlindədir. Bütün çətinlikləri aşa biləcək, əzmkar, mübariz insanlarda. Elə isə bir ailənin belə dağılmasına izn verməyək. Qoruyaq, nəyin bahasına olursa-olsun, qoruyaq. Övladlarımızı atasız, anasız qoymayaq. Üzlərindəki sevincin, təbəssümün, gülüşün yerinə öz əllərimizlə kədər, gözyaşı toxumları səpməyək. Çünki zaman bu toxumları cücərtdikcə belə uşaqlar həyatın sərt sillələri ilə qarşılaşmalı olurlar. Tək uşaqlarmı? Xeyr, həm də təklənən qadınlar, kişilər. Bir də yarımçıq ömürlü ailələri özlərinin kədərinə çevirən böyüklərimiz... Elə buradaca böyük şəxsiyyətlərdən birinin gözəl kəlamını xatırlamaq yerinə düşər: – Bütün dünyanı gəzib səadət axtardım, tapmayıb kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş. Bu ev isə yalnız bir ömürdə bir-birinin yolyoldaşına çevrilənlərin ünvanı ola bilər. Səadət dolu ünvan...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see630

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see526

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see279

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see244

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see237

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see213

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see198

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see191

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see191

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see185

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see178

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see176

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see172

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see167

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see166

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see161

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see153

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see149

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see149

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri