Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

“Gen redaktəsi” xolesterini yox edəcəkmi?

“Gen redaktəsi” xolesterini yox edəcəkmi?

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir vaxtlar yalnız elmi fantastika əsərlərində təsvir edilən genlərin redaktə olunması artıq laboratoriyalardan çıxaraq klinik praktikaya doğru irəliləyir. 2026-cı ildə Amerika Birləşmiş Ştatlarında əldə edilən mühüm elmi nəticə göstərdi ki, gələcəyin təbabəti xəstəliklərin əlamətlərini deyil, həm də onların yaranma səbəblərini hədəfə almağa başlayıb.

Dünyanın ən nüfuzlu tibb jurnallarından biri olan “Yeni İngiltərə Tibb Jurnalı”nda (The New England Journal of Medicine – NEJM) dərc edilən araşdırma bir dəfə tətbiq edilən gen terapiyası vasitəsilə yüksək xolesterinin uzunmüddətli şəkildə azaldılmasının mümkün olduğunu ortaya qoyub. Mütəxəssislər bu nailiyyəti genetik təbabətin inkişafında yeni mərhələ və ürək-damar xəstəliklərinə qarşı mübarizədə potensial dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Müasir dövrdə ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk yerlərdən birini tutur. Bu xəstəliklərin əsas risk faktorlarından biri isə qanda aşağı sıxlıqlı lipoproteinlərin (LDL) – yəni “pis xolesterin”in yüksək səviyyədə olmasıdır. Milyonlarla insan ömür boyu xolesterinsalıcı preparatlar qəbul etsə də, alimlər daha effektiv və uzunmüddətli həll yolları axtarmaqda davam edirlər. Məhz bu səbəbdən gen mühəndisliyi sahəsində əldə olunan son nailiyyətlər elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

ABŞ-ın biotexnologiya şirkəti “Verve Therapeutics” tərəfindən hazırlanmış və sonradan “Eli Lilly” şirkətinin də dəstəklədiyi VERVE-102 preparatı gen redaktəsi texnologiyasına əsaslanır. Preparat qaraciyərdə xolesterinin tənzimlənməsində mühüm rol oynayan PCSK9 geninin fəaliyyətini zəiflətməklə qanda zərərli xolesterinin səviyyəsini aşağı salır. Ən diqqətçəkən cəhət isə bunun daimi dərman qəbulu olmadan, birdəfəlik müdaxilə vasitəsilə həyata keçirilməsidir.

Birinci faza klinik sınaqlarında yüksək ürək-damar riski daşıyan 35 nəfər iştirak edib. Araşdırmanın nəticələrinə görə, preparatın yüksək dozaları tətbiq edilən iştirakçılarda LDL xolesterinin səviyyəsi orta hesabla 62 faiz azalıb. Eyni zamanda, PCSK9 zülalının səviyyəsində 88 faizə qədər enmə qeydə alınıb. Alimlərin açıqlamasına əsasən, əldə edilən nəticələr qısamüddətli olmayıb və təsir aylarla davam edib. Sınaqlar zamanı ciddi təhlükəsizlik problemi və ya ağır əlavə təsirlər müşahidə olunmayıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu texnologiya gələcəkdə ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsinə yanaşmanı kökündən dəyişə bilər. Hazırda milyonlarla insan hər gün dərman qəbul etməyə məcburdursa, gələcəkdə bir dəfə tətbiq edilən gen terapiyası uzunmüddətli nəticə əldə etməyə imkan verə bilər. Bu isə həm xəstələrin həyat keyfiyyətinin yüksəlməsi, həm də səhiyyə sistemlərinin yükünün azalması baxımından mühüm əhəmiyyət daşıyır.

Son illərdə gen terapiyası sahəsində əldə olunan uğurlar göstərir ki, tibb yeni inkişaf mərhələsinə qədəm qoyub. Əvvəllər yalnız nadir irsi xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan gen redaktəsi texnologiyaları artıq geniş yayılmış xroniki xəstəliklərə də tətbiq edilməyə başlayıb. Bu tendensiya yaxın gələcəkdə bir çox xəstəliklərin müalicəsində inqilabi dəyişikliklərə səbəb ola bilər.

VERVE-102 ilə bağlı tədqiqatların növbəti mərhələləri hələ davam edir. Bununla belə, artıq indidən aydın görünür ki, alimlər xəstəliklərlə mübarizədə yeni istiqamət müəyyənləşdiriblər. Əgər sonrakı klinik sınaqlar da uğurla başa çatarsa, XXI əsrin üçüncü onilliyi tibbin tarixində gen terapiyalarının geniş tətbiq olunduğu dövr kimi yadda qala bilər. Bu gün laboratoriyada əldə edilən nəticələr sabah milyonlarla insanın həyatını dəyişdirə biləcək yeni müalicə üsullarının əsasını qoyur. Məhz buna görə beynəlxalq elmi ictimaiyyət 2026-cı ildə açıqlanan bu araşdırmanı son illərin ən mühüm tibbi nailiyyətlərindən biri hesab edir.

Nurəngiz ADİLQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri