Icma.az
close
up
RU
Gənc alimdən qalmaqallı deputatla bağlı inanılmaz sözlər: “İnsan onun paklığında durulmaq istəyir…”

Gənc alimdən qalmaqallı deputatla bağlı inanılmaz sözlər: “İnsan onun paklığında durulmaq istəyir…”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Gənc araşdırmaçı alim Xəyalə Əfəndiyeva sosial şəbəkə hesabında biznesmen-deputat Cavanşir Feyziyev haqqında fikirlərini əks etdirən məqalə ilə çıxış edib. Editor.az xəbər verir ki, məqalədə deputat barəsində yazılan bəzi fikirlər sosial şəbəkələrdə müzakirələr səbəb olub və normadan artıq tərif kimi qiymətləndirilib. Məsələn, araşdırmaçı alim deputat haqqında “Cavanşir müəllim elə bir ucalıqdır ki, adam Ona hər baxanda içini, ruhunu, qəlbini təmizləyib Onun paklığında durulmaq istəyir…” kimi cümlələrdən istifadə edib.

Halbuki, mediadan hər kəsə bəllidir ki, Cavanşir Feyziyevin adı hətta Londonda milyonlarla dollarlıq maliyyə əməliyyatlarında hallanıb və deputatın ailəsinə aid 5,6 milyon funt sterlinq müsadirə edilib. Cavanşir Feyziyev eyni zamanda mediada dəfələrlə ölkənin dərman biznesini monopoliyada saxlamaqda ittiham olunub.

Xəyalə Zərrab daha sonra deputat barəsində belə davam edir:

“Cavanşir Müəllim kimi varlığına tutunub ilahi hüzur bulduğun insanı tapmaq elə o səhralardakı körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur…

Gözlərindən ürəyinin içi görünən, sözlərindən ruhu duyulan Adamdı, Cavanşir Müəllim! İşığından pay aldığımız Çıraq kimi Adamdı..”

“…Tanrı bu Ucalığı Cavanşir Əyyub oğlu Feyziyevin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Məktəb olmağı, Kitab olmağı, Günəş olmağı bacaran Adam!”

Məqaləni olduğu kimi təqdim edirik:

Tanrı dağını görməmişəm mən… Amma Ona hər baxanda elə bilmişəm ki, Tanrı dağın ətəklərindəyəm!…

Cavanşir Müəllim elə bir ucalıqdır ki, adam Ona hər baxanda içini, ruhunu, qəlbini təmizləyib Onun paklığında durulmaq istəyir…

Bir gün bir parça kətan üzərinə şəklini çəkmək istəmişdim… Qəribədir, bir neçə saatdan sonra mən o kətanı boyayıb tamamlayanda orda kitab, su, işıq və bir qucaq çiçək çəkdiyimin fərqinə vardım… Bu, məndən qeyri-ixtiyari baş vermişdi… Şüuraltım Onu necə qavramışdısa, o cür də çəkmişdim…

Oxuduğum və hər səhifəsindən öyrəndiyim ən dəyərli Kitabımdır Cavanşir Müəllim!

Kamil xarakterindən, müdrikliyindən dərs aldığım Tərbiyə Məktəbidir Cavanşir Müəllim!…

Baxdığım, hər baxdıqca yanlışlarımı düzəltməyə çalışdığım mükəmməl Aynadır Cavanşir Müəllim!

Düşüncələrimin aydınlandığı ali Elm Məbədimdi, Cavanşir Müəllim!

Sadəliyin böyüklüyünü, mütəvaziliyin, xoşgörülüyün, pak niyyətin, saflığın ülviyyətini öz şəxsində bütövləşdirən Dəyərdi, Cavanşir Müəllim!

*****

“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl – ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə – edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir…

Qəribədir… hər dəfə “Su savaşları”nın son kadrlarını izləyəndə Cavanşir müəllimin nurlu çöhrəsi gözlərimin önündə canlanır. Beynimdə belə assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Cavanşir Müəllim mənim bu dünyadakı ən böyük tapıntım, ən uğurlu kəşfimdi…

Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Cavanşir Müəllim kimi varlığına tutunub ilahi hüzur bulduğun insanı tapmaq elə o səhralardakı körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur…

Gözlərindən ürəyinin içi görünən, sözlərindən ruhu duyulan Adamdı, Cavanşir Müəllim!

İşığından pay aldığımız Çıraq kimi Adamdı…

Körpə gözü təkin saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!

Cavanşir Müəllim öz valideynlərinə qarşı necə övlad olubsa, elə o cür də Atadı…

Mirzə Ələkbər Sabirin gözəl bir sözü var: Həqiqi Valideynin ən şərəfli bəzəyi yetişdirdiyi çoçukdur… Cavanşir Feyziyevin Azərbaycan mühitində qazandığı bütün statuslardan ən Ucası gözəl övladlar yetişdirən Ata və mükəmməl Ailə başçısı adıdır… İnsan üçün bu statusdan daha uca, ali məqam nə ola bilər ki?!

Cavanşir Müəllim zəngin dünyagörüşlü, sağlam düşüncəli, yüksək mədəniyyət sahibi, ağıllı və tərbiyəli, ilahidən nur kimi yaraşıqlı 4 övlad böyüdür ocağında…Tanrı qorusun!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini itirən bir toplumun içində Cavanşir Müəllim kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın (sözün həqiqi mənasında isə böyük hərflərlə İNSANın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə… Düşünürsən ki, bu torpaq Cavanşir Feyziyev ləyaqətdə qutsal və uca bir İnsanı yetirə bilibsə, demək ki, aydın sabahlara və yaşamağa hələ də ümidimiz qalır…

*****

Bu dünyada vicdanına qəlbən sadiqliyin, xoş niyyətin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu…Tanrı bu Ucalığı Cavanşir Əyyub oğlu Feyziyevin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Məktəb olmağı, Kitab olmağı, Günəş olmağı bacaran Adam!

Sağlam, xoşbəxt, bərəkətli ömür diləyiylə:

Xəyalə Əfəndiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri