Icma.az
close
up
RU
Mourinyodan Qalatasaray və Okan Burukla bağlı qalmaqallı sözlər: Onun səviyyəsinə enmərəm

Mourinyodan Qalatasaray və Okan Burukla bağlı qalmaqallı sözlər: Onun səviyyəsinə enmərəm

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Fənərbaxça''nın baş məşqçisi Joze Mourinyo irqçilikdə günahlandırılması və Okan Burukla bağlı gündəmə düşəcək açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, ünlü portuqaliyalı mütəxəssis ''Qalatasaray''la derbinin ardından rəqib cəbhənin hakimə etirazını dəyərləndirərkən ''meymun kimi tullandılar'' ifadəsini işlətmişdi. Futbol dünyası və sabiq ulduzlar bu məsələdə Mourinyoya dəstək nümayiş etdirmişdi. Amma ''Qalatasaray'' şikayət etmiş və Türkiyə Futbol Federasiyası tanınmış çalışdırıcıya 4 oyunluq cəza vermişdi. Sonradan Apellyasiya Komitəsi cəzanı 2 oyuna endirdi.
Mourinyo ''Skay Sports''a açıqlamasında ilk dəfə bu mövzuya toxunaraq bunları deyib:

''Əslində onlar məni bu məsələdə sıxışdırmağa çalışarkən heç ağıllı davranmadılar. Çünki keçmişimi bilmirdilər. Afrika, afrikalı insanlar, afrikalı oyunçular və Afrikadakı xeyriyyə fondları ilə əlaqələrimi bilmirdilər. Ona görə də bu irqçilik məsələsi mənə ziyan vurmaq əvəzinə bumeranq kimi fırlanaraq onların özünə ziyan vurdu. Hər kəs mənim necə insan olduğumu bilir. Düzdü, pis özəlliklərim də var. Bunu da insanlar bilir. Amma bunların arasında irqçilik yoxdu. Ən önəmlisi mən özüm kim olduğumu bilirəm. Məni irqçilikdə günahlandırmaq çox uğursuz seçimdi. Okan Burukun meydanın kənarındakı hərəkətləri? Mən o hərəkətləri edə bilmərəm. Onun səviyyəsinə enə bilmərəm. Bəzən edirəm və öz-özümə ''Joze, nə üçün bunu etdin, nə üçün bu səviyyəyə endin'' deyə soruşuram. Bu məsələdə hətta məni sevməyən insanlardan da dəstək aldım. Danışmaqdan çəkinməyən insanlara, xüsusilə sabiq oyunçularıma təşəkkür edirəm. Onlar mənə çox mühüm dəstək nümayiş etdirdilər. Mənə dörd oyunluq cəza verildiyi gün İntizam Komitəsinin prezidentinin ''Qalatasaray'' forması geyərək dostları ilə qeyd etdiyi görüntülər ortaya çıxdı. Bu, hər şeyi ortaya qoyur. Növbəti mərhələlərdə sabiq klublarım ''Roma'' və ''Mançester Yunayted''lə qarşılaşa bilərəm. Beynimdə qətiyyən intiqam duyğusu yoxdu. Mən ümumiyyətlə intiqam hissini sevmirəm. Çünki bir klubdan ayrıldıqda ordakı pis anları yox, xoş anları xatırlamağa üstünlük verirəm''.


ƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Mart 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri