Icma.az
close
up
RU
Gənc məmurun evindən oğurlanan brend qızılların siyahısı OĞRUNU BAĞIŞLADI

Gənc məmurun evindən oğurlanan brend qızılların siyahısı OĞRUNU BAĞIŞLADI

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəyli evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Gununsesi.info–nun xəbərinə görə, bu oğurluğu onun evində xadimə işləyən Ruhiyyə Məmmədova adlı şəxs edib.

Oğurluğu edən şəxs tutulsa da, Əmir Şirinbəyli şikayətçi olmaması ilə bağlı notarial qaydada ərizə verib.

Gununsesi.info-ya daxil olan məlumatda deyilir ki, Əmir Şirinbəyli vaxtilə evində xadimə işləmiş Məmmədovanın həbsdən buraxılmasını istəyib.

Zərərçəkmiş qismində tanınan məmur məhkəməyə ərizəsində qarşı tərəflə barışdığını göstərib, ona azadlıqdan məhrumetmə yox, alternativ cəza verilməsini xahiş edib.

Əmir Şirinbəylinin evindən 2024-cü ilin payızında ümumilikdə 244 min 790 manat dəyərləndirilən çoxsaylı qızıl-zinət əşyaları oğurlanıb.

Gununsesi.info həmin əşyaların siyahısını təqdim edir:

“PASQUALE BRUNİ” firmasına məxsus 33 min 410 manat dəyərində “Giardini Secretis” qızıl üzüyü, eyni firmaya məxsus və həmin dövrün məzənnəsi ilə 47 min 626 manat dəyərləndirilən (25 min 190 avro) “Giardini Secreti” qızıl sırğa, “ROBERTO COİN” firmasına məxsus 3 min 930 manatlıq bilərzik, həmin firmadan 10 min 890 manatlıq sırğa, “MESSİKA” firmasına məxsus, hər biri 10 min 620 manat dəyərləndirilən iki boyunbağı, bu firmadan 4 min 350 manatlıq “Lucky Eye” bilərziyi və 5 min manatlıq daha bir bilərzik, 7 min 325 manatlıq “Move Noa” üzüyü, 1700 manatlıq tək almaz qaşlı üzük, “Cartier” firmasına məxsus, dəyəri 1250, 1940, 4100 dollar olan müxtəlif üzüklər, bu firmanın 7 min 395 manat (4350 dollar) dəyərində sırğası, eyni firmanın 13 min 600 manatlıq (8000 dollar) qolbağı, “Van Cleef” firmasına məxsus, 15 min 700 manatlıq (7000 funt) bilərzik, eyni firmaya aid 20 min manatdan çox dəyərində (9000 funt) boyunbağı və 24 min 700 manatlıq (11 min funt) sırğa.

Məmurun evində xadimə işləmiş 48 yaşlı Ruhiyyə Məmmədova bildirib ki, qızı xərçəng xəstəsidir, onun müalicəsi üçün bu addımı atıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib. Əmir Şirinbəyli ona alternativ cəza verilməsi barədə ərizəni apellyasiya məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi onu həbsdən buraxmaqdan imtina edib.

Lakin cəzasını 6 ay azaldaraq, 5 ilə endirib.

Afət Abbasova 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri