Icma.az
close
up
RU
Gənc müəllim Cəbrayıldan Şükürbəyliyə nə üçün getmişdi?.. VİDEO

Gənc müəllim Cəbrayıldan Şükürbəyliyə nə üçün getmişdi?.. VİDEO

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Ermənistanın hərbi təcavüzü nəticəsində 33 il əvvəl ailəsi Cəbrayıldan, doğma yurddan didərgin düşəndə onun 1 yaşı vardı. Məcburi köçkünlüyün mərhumiyyətləri, ağrı-acıları içərisində böyüdü, ailəsi müvəqqəti məskunlaşma yerlərini bir neçə dəfə dəyişdi. Amma valideynləri geri qayıdacaqlarına ümidlərini heç vaxt itirmədilər. Torpaqlarımızın işğaldan mütləq azad ediləcəyinə inandılar və bu inamı övladlarına da ötürdülər.

Bakupost.az xəbər verir ki, yenidən qurulan Cəbrayıl şəhərindəki M.Mehdizadə adına tam ümumtəhsil məktəbinin çoğrafiya müəllimi Günay Məmmədli bunları özünün Facebook səhifəsindəki paylaşımda qeyd edib.

Gənc müəllim artıq iki ildir Cəbrayıl şəhərində yaşayıb işlədiyini vurğulayaraq yazır: “Doğma diyarda uşaqlara coğrafiyanı öyrətmək mənim üçün izaholunmaz bir qürur mənbəyidir. İstər Azərbaycanın relyefini, istər iqlimini onlara canlı şəkildə təqdim etmək, bu torpaqların azadlığını onların gözləri qarşısında canlandırmaq mənə misilsiz bir ruh yüksəkliyi verir”. Cəbrayıl şəhərində insanlar arasında yaranan səmimi, isti münasibəti, ruh yüksəkliyini sevinc hissi ilə diqqətə çatdıran Günay xanım daha sonra yazır: “Rayonumuzun kəndləri də yenidən qurulur. Ötən ilin oktyabrında Horovlu kəndinin açılışı olub. Burada həyat yenidən canlanır. İşğal dövründə tamamilə dağıdılmış kəndin yerində müasir tipli qəsəbə salınıb. Ora tez-tez baş çəkirəm. Ata-baba yurduna geri qayıdan horovluların necə həvəslə yeni həyata başladıqlarını görürəm. Burada camaatın normal yaşayışı, uşaqların təhsili, sağlam böyüməsi üçün zəruri şərait yaradılıb.

Daha bir kəndimiz - Şükürbəyli də öz sakinlərini qarşılamağa hazırdır. Coğrafiyaçı-müəllim olaraq, bu yurd yerimizə baş çəkməyi xeyli müddətdir düşünürdüm. Bu istəyimi ötən istirahət günü reallaşdıra bildim. Öz avtomaşınımla yeni çəkilmiş 16 kilometrlik Cəbrayıl-Şükürbəyli yolunu böyük zövqlə qət etdim. Qarşımda göz oxşayan xoş bir mənzərə - yeni salınan Şükürbəyli kəndinin panoramı açıldı. Coğrafi baxımdan Şərqi Zəngəzurun qapısı sayıla biləcək bu yeni yaşayış məntəqəsi böyük zövqlə tikilib. Mediada verilən məlumata görə burada ilkin mərhələdə 635 ailənin daimi məskunlaşdırılması nəzərdə tutulub. Coğrafiyaçı kimi diqqətimi cəlb edən məsələlərdən biri kəndin ərazisindəki bol yaşıllıq oldu. Təbii çəmənlik, zövqlə sıralanmış dekorativ ağaclar, gül kolları, əlvan çiçəklər buraya xüsusi yaraşıq verir. Hiss edilir ki, yaşıllıqlar sudan korluq çəkmirlər. Vaxtilə bu kənddən keçən su kanalı da bərpa olunub ki, onun camaatın istirahət məkanının bir parçasına çevriləcəyini düşünürəm.

Yeni Şükürbəylidə evlər birmərtəbəlidir, müasir ekoloji standartlara uyğun tikilib. Burada bir daha görürsən ki, Böyük Qayıdışın hədəfi sakinləri, sadəcə, evlə deyil, həm də yüksək keyfiyyətli həyat şəraiti ilə təmin etməkdir. Şükürbəylidə bu məqsədlə qurulan infrastruktur həsəd aparılacaq səviyyədədir. Kənddə 360 şagird yerlik məktəb binası və hər biri 80 yerlik olan iki uşaq bağçası isə gələcək nəsillərin inkişafı üçün nəzərdə tutulub. Musiqi məktəbi və klub-icma mərkəzi kəndin mədəni həyatını canlandıracaq. Müasir tibb məntəqəsi də öz yerində...

...Yeni Şükürbəyliyə səfərim, qısa bir zaman kəsiyində burada görüb müşahidə etdiklərim məndə çox xoş təəssürat yaratdı. Tezliklə onun daimi sakini olacaq həmyerlilərimə gözaydınlığı verirəm: əzizlərim, bizi doğma yurd yerimizdə yeni və rahat bir həyat gözləyir. Bizə bu şəraiti yaradan dövlətimiz var olsun!”

Onu da qeyd edək ki, bu paylaşma Cəbrayıl şəhərindən və rayonun Horovlu və tezliklə istifadəyə verilməsi gözlənilən Şükürbəyli kəndindən müəllifin çəkdiyi fotoşəkillərlə müşayiət olunub.

Keçmiş məcburi köçkün Günay Məmmədlinn sosial şəbəkədəki paylaşımı maraqla qarşılanıb və çoxlu sayda paylaşılıb. Gənc müəllimin qayıdış təəssüratı dogma yurda qovuşmağı arzulayan və bu arzuya çatan hər bir həmvətənimizin könül duyğularının ifadəsidir.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 May 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri