Gənc nəslə əsl vətənpərvərlik nümunəsi
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Qəhrəmanımızın doğum günüdür
Azərbaycan xalqının tarixində Qazax torpağının xüsusi yeri və unikal mövqeyi vardır. Sazın, sözün, poeziyanın və igidliyin beşiyi olan bu müqəddəs diyar əsrlər boyu özünün mərd, dönməz və vətənpərvər oğulları ilə tanınmışdır. Tarixin həm Birinci Qarabağ müharibəsində, həm də şanlı 44 günlük Vətən müharibəsində Qazax övladları ön cəbhədə düşmənə qarşı misilsiz şücaət göstərmiş, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazmışlar.
Qazax rayonu Azərbaycanın suverenliyi uğrunda canından keçən neçə-neçə Milli Qəhrəman yetirmişdir. Onların hər biri öz ömrü ilə əsl vətənpərvərlik dastanı yazmışdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şücaət göstərən, adını tarixə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı Aqil Hüseyn oğlu Musayevdir. O, Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidliklə gənc nəslə əsl vətənpərvərlik nümunəsi qoymuşdur.
Aqil Musayev 1974-cü il 3 noyabrda Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada təhsil almışdır. Daha sonra 117 saylı texniki-peşə məktəbində sürücülük peşəsinə yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.
Bir müddət təlim keçdikdən sonra Aqil Ağdam cəbhəsinə göndərilir. O, 777 saylı hərbi hissənin tərkibində Ağdam, Füzuli və Tərtər bölgələrində düşmənə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir.
Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə yaralanmasına baxmayaraq, sağaldıqdan sonra yenidən ön xəttə — döyüş yoldaşlarının yanına qayıtmışdır. O, hər zaman torpaqlarımızın tezliklə azad olunması arzusu ilə yaşamışdır.
Qaynar döyüş meydanlarında vuruşan Vətən övladı ölümün gözünə dik baxaraq rəşadətlə vuruşur. Daha sonra Aqil Füzuli istiqmətində gedən döyüşlərin birində yaralanır müalicə olunduğdan sonra isə yenidən səngərə dönür.
Aqil Musayev 1994-cü il 5 oktyabr tarixdə Gəncə hadisələri zamanı dövlətimizə qarşı gələn, silaha sarılan dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax rayonunun Əzizbəyli kənd Şəhidlər xiyabanında dəfn edilmişdir.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 03 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















