Icma.az
close
up
RU
Azərbaycan mediası əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoydu ŞƏRH EDİLDİ

Azərbaycan mediası əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoydu ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan milli mətbuatı 2025-ci ildə 150 illik yubileyini qeyd edir. Bu tarixi mərhələ yalnız rəqəmsal bir göstərici deyil, eyni zamanda xalqımızın maarif, mədəniyyət və azadlıq yolundakı uzun və məzmunlu səyahətinin mühüm nişanesidir. Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə təməli qoyulan milli mətbuatımız bu gün artıq qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevrilmiş, müasir texnologiyalar dövrünün çağırışlarına cavab verən güclü media sistemi formalaşdırmışdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövrün Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Bu qəzetin yaranması təsadüfi bir hadisə deyildi - o, xalqımızın maarif və mədəniyyət sahəsindəki ehtiyaclarının təbii nəticəsi idi: "Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında böyük populyarlıq qazandı. Qəzet yalnız informasiya verən bir nəşr deyildi, həm də xalqın milli şüurunun formalaşması, maariflənməsi və dünyagörüşünün genişlənməsində mühüm rol oynayırdı. "Əkinçi"nin ömrü uzun sürmədi. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü gördü. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan narahat olmağa başladı və nəhayət qəzetin nəşrini dayandırdı. Lakin qısa müddətli fəaliyyətinə baxmayaraq, "Əkinçi"nin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında əvəzsiz rolu oldu. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verdi. "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli "Kaspi" qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi. Bu, milli mətbuatımızın çoxdilli xarakterinin və beynəlxalq əlaqələrinin inkişafının ilk nümunələrindən biri idi. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. "Jurnalistlərin dostu" adını qazanmış Ulu Öndər böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.

Bu dövrdə medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Nəticədə ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar oldu və qəzet və jurnal bolluğu yarandı. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanmış və qəbul olunmuşdur. Bu konsepsiya mediamızın strateji inkişaf istiqamətlərini müəyyənləşdirməkdə həlledici rol oynadı. 2021-ci il dekabr tarixində qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

2023-cü ildən media subyektlərinin media fəaliyyətindən əldə etdikləri gəlirlər 3 il müddətinə gəlir və sadələşdirilmiş vergilərdən azad edilib. Jurnalistlər güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə ediblər. 44 günlük Vətən müharibəsində Azərbaycan mediası əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoydu. Jurnalistlər həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olundular. Medianın haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin saxta məlumatlarının ifşası üçün xüsusi səyləri Azərbaycanın böyük Zəfərinin müjdəçisi olmasında mühüm rol oynadı.

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində qeyd etdilər. Bu, zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə oldu. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" 2020-ci il dekabrın 10-da imzalanmış Anlaşma Memorandumu çərçivəsində Birgə Media Platforması yaradıldı. Bu tərəfdaşlıq media sahəsində bilik və təcrübənin paylaşılması, dezinformasiyaya qarşı birgə mübarizə aparılması kimi mühüm sahələri əhatə edir.

Şuşada 2023 və 2024-cü illərdə keçirilən Qlobal Media Forumlar Azərbaycan mediasının beynəlxalq arenada mövqeyini möhkəmləndirdi və qlobal media proseslərində aktiv iştirakçı olduğunu nümayiş etdirdi. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. İnternet qəzetçilik inkişaf edir, yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə peşə artımı kurslarında iştirak edir.

Saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı şəraitdə Azərbaycan mediası dezinformasiyaya qarşı mübarizədə öndə gedir və həqiqətin təbliğində mühüm rol oynayır. Azərbaycan milli mətbuatının 150 illik tarixi xalqımızın mədəni və ictimai inkişafının ayrılmaz hissəsidir. "Əkinçi"dən başlayaraq bu günə qədər keçdiyi yol milli şüurun formalaşması, azadlıq ideallarının reallaşması və demokratik dəyərlərin möhkəmlənməsində əvəzsiz rol oynayıb. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə mediamızın inkişaf perspektivini və gələcəkdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək əsas məsələlərdir. Bu gün Azərbaycan mediası ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Milli mətbuatımızın 150 illik yubileyi yalnız keçmişə baxış deyil, eyni zamanda gələcək üçün yeni mərhələnin başlanğıcıdır. Bütün media işçilərini ürəkdən təbrik edir və şərəfli işlərində uğurlar arzulayıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri