Icma.az
close
up
RU
Gənc oğlan çoxlu pul uduzdu, sonra dostunu bıçaqladı

Gənc oğlan çoxlu pul uduzdu, sonra dostunu bıçaqladı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Zahid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Nahidi bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 17-də baş verib. Lənkəran sakini Zahid həmin gün saat 21:30-da  avtoyuyucu işlədiyi avtoyuma məntəqəsinin soyunub-geyinmə otağında iş yoldaşı Nahidin mobil telefonda “online” qaydada oyun oynayıb pul uduzduğunu irad bildirdiyinə görə şəxsi münasibətlərin pozulması zəminində aralarında mübahisə  baş verib. 
Mübahisə zamanı zərərçəkmiş şəxs və həmin vaxt orada olan sonuncunun tanışı avtoyuma məntəqəsində yumruqla onun sinəsinə, təpiklə sağ diz və sağ sağrısına vurub. 
Təqsirləndirilən şəxs aralarında olan bu mübahisəyə aydınlıq gətirmək ücün zərərçəkmiş şəxs və onun tanışını avtoyuma məntəqəsinin yan tərəfinə çağırdıqdan sonra orada aralarında yenidən mübahisə yaranıb. 
Bu zaman zərərçəkmiş şəxs əli ilə onun boğaz nahiyəsindən sıxaraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi səbəbindən təqsirləndirilən şəxs qisas almaq məqsədi ilə üzərində olan bıçağı əynində olan şalvarın sağ arxa cibindən çıxarıb. O, həmin bıçaqla zərərçəkmişin sol qarın nahiyəsinə qəsdən bir dəfə vurub. 
Hadisəni törədən Zahidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Nahidlə bir evdə qalıb, çox yaxın dost olublar: “İkimiz də birlikdə moykada işləmişik. Nahid kazino oyunu oynadığı üçün çox pul uduzduğundan  tez-tez ona oynamamağını dedim. Çətinliklə qazandıqları pulu Nahidin telefonda kazinoda uduzmasına vicdanım yol vermədi. Bu səbəbdən Nahidin kazino oyunu oynadığını onun atasına dedim. Əslində bunu Nahidin atasına hadisə günündən 12 gün əvvəl demişdim. Amma Nahidin sonradan xəbəri olmuşdu. Xəbəri olan kimi kafedə oturan zaman Nahid üstümə gəldi, aramızda söz-söhbət yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra o, kafedən çölə çıxıb, kafedən çölə çıxandan sonra Elməddinlə aralarında mübahisə yaranıb: “Elməddin də Nahidin yerlisi olduğundan kazino oynadığını Nahidin atasına deməyimə əsəbləşmişdi. Elməddin mənə mübahisə zamanı yumruq da atdı. Əslində mənə ən çox təsir edən Nahidlə aramızdakı mübahisə olmadı. Elməddinin vurmağı mənə çox pis təsir etdi. Çünki bu məsələ Nahidlə mənim aramızda olmuşdu. Elməddinin bu məsələyə qarışmağa haqqı olmayıb. Bu səbəbdən Nahidin yanına gedib Elməddinin mənə vurmasının səbəbini soruşdum. Bu zaman Nahid boğazımdan tutaraq sıxmağa başladı. İttiham aktında hadisə anı üzərimdə bıçaq olduğu yazılıb. Amma bu yalan məlumat olub. Mən hadisə günü moykada tozsoran təmir etmişdim. Bıçaq da bu səbəbdən cibimdə qalmışdı. Nahid də boğazımdan sıxanda nəfəs ala bilmədiyimi gördüm. Tez bıçağı çıxararaq bir dəfə Nahidin qarın boşluğuna vurdum. Bundan sonra hadisə yerindən uzaqlaşdım. Bu zaman Elməddin də kafedən çıxaraq arxamca düşdü. Amma ən sonda tuta bilmədi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nahidin sözlərinə görə, bir ilə yaxın müddətdə Zahidlə birlikdə moykada işləyib, ilk tanışlıqları da elə burada yaranıb: “Aramızda çox gözəl dostluq münasibəti olub, bir evdə qaldığımız günlər də olub. Hadisə günü ikimiz də içkili vəziyyətdə olmuşuq. Mən telefonda kazino oyunu oynamışam. Zahid də oynamamağımı, bu oyunun sadəcə pul tələsi olduğunu, bütün pullarımı uduzduğumu dedi. Bu oyunu sadəcə öz qazancım ilə oynamışam. Heç vaxt Zahidin pulunu uduzmamışam. Sadəcə olaraq, Zahid məni çox istədiyi üçün bu oyundan əl çəkməyimi istədi. Hətta bir dəfə Zahid atama da kazino oyunu oynadığımı dedi. Zahidin bu hərəkəti mənə çox pis təsir etdi”.
Zərərçəkmiş qeyd edib ki, Zahidlə moykanı ortaq şəkildə işlədiblər, əldə etdikləri gəliri də sabit şəkildə bölməyiblər, daha çox ehtiyacı olan pulu götürüb: “Hadisə günü yanmızda Elməddin, Vasif və digər dostlarım olub.  Hamımız “Qəbələ” adlı kafedə yeyib-içmişdik. Bu səbəbdən içkinin təsiri altında olmuşduq.  Elməddinlə Zahid arasında dava başladı. Mən də Zahidi uzaqlaşdıraraq yol kənarına aparmaq istədim. Daha sonra Zahidlə mübahisə etməyə başladım. Bu an Zahidin boğazından yapışdım, onu boğmağa başladı. Zahid də özünü müdafiə etmək məqsədilə qarın boşluğum nahiyəmdən bıçaqladı. Bundan sonra Zahid hadisə yerindən uzaqlaşdı. Məni isə oradan xəstəxanaya apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyul 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see419

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see268

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see259

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see258

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see255

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see243

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see239

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see237

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see234

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see229

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see227

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see224

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see219

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see218

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see216

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see215

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see209

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see206

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see203

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri