Icma.az
close
up
RU
“Gənc olmasam da, qoca da deyiləm” Aydın Quliyevlə SÖHBƏT

“Gənc olmasam da, qoca da deyiləm” Aydın Quliyevlə SÖHBƏT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 “Dövlətimiz, cəmiyyətimizin mənafeyi üçün hər cür ictimai yükü çiynimdə daşımağa hazıram”


“65 elə bir yaş dövrüdür ki, ömrün bundan sonra hansı hissəsinin qaldığını bilmək çətindir. Amma hesab edirəm ki, çox hissəsini yaşamışam”



Tanınmış mətbuat nümayəndəsi, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevin 65 illik yubileyidir. Jurnalistika sahəsi ilə yanaşı, ictimai-siyasi xadim kimi də uzun illərdir fəaliyyət göstərən Aydın Quliyev ölkənin ictimai-siyasi həyatının zənginləşməsinə mühüm töhfələr verib. Onun müstəqil medianın formalaşmasında böyük əməyi də danılmazdır. Qurucusu olduğu "Bakı-Xəbər" qəzeti müstəqil medianın ön sıralarında yer alan peşəkar yaradıcılıq nümunəsidir. Məlumat üçün deyək ki, Aydın Quliyev 1960-cı il 18 iyulda Naxçıvan MR Babək rayonun Cəhri kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan milli azadlıq hərəkatının Naxçıvanda ilk fəallarından olub. Naxçıvanın erməni təcavüzkarlarından könüllü müdafiə dəstələrinin tərkibində Buzqov və Kərməçataq kəndlərinin müdafiəsində iştirak edib. 1989-1995-ci illərdə Naxçıvanda "Ağrıdağ", "İpək yolu" qəzetlərində, Bakıda çap olunan "İki sahil", "Yeni Azərbaycan", "Rezonans" və "525-ci qəzet"lərində aktual siyasi proseslərlə bağlı analitik məqalələrlə çıxışlar edib. 1991-1993-cü illərdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının fəal qurucularından olub. 2001-2003-cü illərdə siyasi fəaliyyətlə yanaşı, gündəlik "Hürriyyət" qəzetinin baş redaktoru olub. 2003-cü ildə gündəlik "Bakı-Xəbər" qəzetini təsis edərək onun baş redaktoru olub. Hazırda eyni adlı Media qrupa rəhbərlik edir. Çoxlu publisist və siyasi-analitik məqalələrin, 2 siyasi analitik kitabın müəllifidir. 
Sherg.az olaraq dəyərli həmkarımızı təbrik etməyi və 65 illik ömrün təəssüratlarını öyrənməyi özümüzə borc bildik...


 - Aydın müəllim, mətbuata, ictimai-siyasi fəaliyyətə həsr etdiyiniz keşməkeşli həyatınızı, 65 illik ömrü öz gözünüzdə necə dəyərləndirirsiniz? 

 - İnsanların 60, 65, 70 yaşına münasibəti, baxışı fərqlidir. Yəqin ki, mənim baxışım da digərlərindən fərqli olacaq. 65 elə bir yaş dövrüdür ki, ömrün bundan sonra hansı hissəsinin qaldığını bilmək çətindir. Amma hesab edirəm ki, çox hissəsini yaşamışam. İnsan sağlam, gümrah və ruh yüksəkliyində olanda hələ yazıb-yaratmaq istəyir. Ömrün elə bir çağıdır ki, nə qədər məzmunlu şəkildə yaşamış olsan da, hər halda qarşıda da müəyyən işləri görmək üçün fürsətin olduğuna adam inanır. Mən də inamımı, ümidimi itirməmişəm. Yazıb-yaratmaq üçün özümdə enerji görürəm. Düzdür, gənc olmasam da, qoca da deyiləm. Dövlətimiz, cəmiyyətimizin mənafeyi üçün hər cür ictimai yükü çiynimdə daşımağa hazıram. Eləcə də mətbuatın yükünü aparmağa özümdə fiziki və intellektual gücün yetərli olduğunu düşünürəm. 


 - Olduqca çətin və məsuliyyətli sahələrdə ardıcıl fəaliyyət sizi nə vaxtsa usandırıbmı?  

 - Çox səmimi deyirəm, mən bu illər ərzində fasiləsiz işləmişəm. 25 ilə yaxındır baş redaktoram. Baş redaktorluqla paralel siyasi fəaliyyət də göstərmişəm. Bunların hamısı Azərbaycanın qaynar ictimai-siyasi prosesləri zamanı baş verib. Baxmayaraq ki, heç vaxt istirahət etməmişəm. Yalnız ara-sıra təqvim ili ərzində, bir neçə bayram günlərini çıxmaq şərti ilə real olaraq məzuniyyətə çıxmamışam. Heç vaxt harasa iki-üç həftəlik istirahətə də getməmişəm. Amma buna rəğmən, özümdə hansısa yorğunluq hiss etmirəm. Bunu çox səmimi deyirəm. Hələ bundan sonra da bu yolda fəaliyyət göstərmək üçün özümdə yetərli gücü hiss edirəm. Ona görə ki, bu sənəti, peşəni çox sevirəm. Məşğul olduğum işlə dövlətimizə, cəmiyyətimizə fayda verdiyimə əminəm. Düşünmürəm ki, ömrü mənasız yaşamışam. Allahın izniylə, bundan sonra da nə qədər ömrümüz qalıbsa, onu da fasiləsiz və istirahətsiz işləmək fikrindəyəm. 


 - Günlər öncədən mediada 65 illik yubileyinizə həsr olunmuş çoxsaylı yazılar, məqalələr dərc olunur. Fəaliyyətinizə verilən qiymət sizi sevindirirmi? 

 - Təbii ki, bunları görmək, yaşamaq çox xoşdur, sevindiricidir. O insanların hər birinin mənim haqqımda öz içlərindən gələn səmimi duyğularını oxumaq çox xoşdur. Daha xoş olan odur ki, bu insanlar kənardan heç bir xahiş, minnət olmadan, ürəklərindən gələni yazıblar. Bu, mən də bir daha əminlik yaradır ki, ömrü məzmunsuz yaşamamışıq. İntellektual yükü, vətənsevərliyi, dövlət və mətbuat sevgisi olan o insanların məhəbbətini qazana bilmişiksə, bu da bir xoşbəxtlikdir. Əgər insan müəyyən bir ömrə çatanda, onun arxasınca acı sözlər deyirlərsə, ağız büzürlərsə, deməli ömrünü havayı yaşayıb. Haqqımda yazılanları, deyilənləri görəndə bir daha əmin oluram ki, ömrü havayı yaşamamışam. 


 - 65 illik yubileyiniz həm də Milli Mətbuatın 150 illik yubileyinə təsadüf edir. Bu rəmzi mesajı necə oxudunuz? 

 - Hər ikisi xoşdur. Eyni ildə, təxminən eyni günlərdə həm Milli Mətbuatın 150 illik yubileyini yaşamaq, həm də şəxsi yubileyi yaşamaq ikiqat xoşbəxtlikdir. Bəlkə də, taleyin bizim tərəfimizdən tam anlaşıla bilməyən bir ətası, hədiyyəsidir. Məşğul olduğum sənətin yubileyi ilə öz yubileyim təxminən eyni vaxta düşdü. Bu da yəqin ki, Allahın qismətidir. Ancaq mənim üçün daha çox əlamətdar olanı Milli Mətbuatımızın 150 illik yubileyidir. Mətbuatın 150 illik yubileyi nə qədər mənalı və nə qədər uzun olarsa, onun içərisində hələ çox belə yubileylər qeyd olunacaq. Allah eləməsin ki, mətbuatımızın varlığı, fəaliyyəti hansısa səbəbdən olmasın, dayansın. Bu proses nə qədər davam edəcəksə, mətbuatımız nə qədər dövlətin himayəsində olacaqsa, bir o qədər aydın quliyevlərin və digərlərinin yubileyləri qeyd olunacaq. Milli Mətbuatımızın 150 illiyi içərisində öz yubileyini yaşamağı Azərbaycanın bütün jurnalistlərinə arzu edirəm!


P.S. "Şərq" qəzeti olaraq biz də hörmətli həmkarımızı, dəyərli Aydın Quliyevi 65 illik yubileyi münasibəti səmimi qəlbdən təbrik edir, baş redaktora uzun ömür, cansağlığı arzulayırıq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyul 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri