Icma.az
close
up
RU
Pensiya yaşı artırılacaqmı? sualına nazirlikdən cavab gəlsə də, cəmiyyətdə narahatlıq davam edir

Pensiya yaşı artırılacaqmı? sualına nazirlikdən cavab gəlsə də, cəmiyyətdə narahatlıq davam edir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Son günlər sosial şəbəkələrdə orta ömür uzunluğunun artması fonunda gələcəkdə pensiya yaşının yenidən qaldırılacağı barədə müzakirələr artıb. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu iddialara aydınlıq gətirərək bildirib ki, hazırda pensiya yaşının artırılması ilə bağlı heç bir təklif və ya müzakirə gündəmdə deyil.

Nazirliyin məlumatına görə, Azərbaycanda pensiya yaşı artıq “Əmək pensiyaları haqqında” Qanuna əsasən mərhələli şəkildə artırılaraq müəyyən həddə çatıb. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64 olaraq tətbiq edilir. Bu, bir çox vətəndaş tərəfindən “çox yüksək” hesab edilir, xüsusən də ağır fiziki işlərlə məşğul olan insanların bu yaşa qədər işləməsinin çətin olduğu vurğulanır.

Mütəxəssislər bildirirlər ki, orta ömür uzunluğu artsa da, sağlam həyat illərinin sayı çox zaman bu göstəricidən geri qalır. Yəni, insanların daha uzun ömür sürməsi onların bu illəri sağlam və işlək vəziyyətdə keçirməsi anlamına gəlmir.

Dünyada pensiya yaşı ölkələr üzrə fərqlidir. Məsələn; Türkiyədə qadınlar üçün pensiya yaşı 58, kişilər üçün 60-dır (lakin mərhələli artım planlaşdırılır). Rusiyada qadınlar 60, kişilər isə 65 yaşında pensiyaya çıxırlar. Almaniyada pensiya yaşı 67-dir, lakin burada orta ömür uzunluğu və sosial təminat səviyyəsi daha yüksəkdir.

İqtisadçılar hesab edirlər ki, ölkədə pensiya yaşı real həyat və əmək şəraiti ilə uzlaşdırılmalıdır. Çünki bir çox sahələrdə çalışanlar 60 yaşdan sonra iş qabiliyyətini itirir, lakin sosial təminat hüququnu əldə etmək üçün daha 4-5 il işləməyə məcbur qalır.

Hazırda rəsmi şəkildə pensiya yaşının artırılması müzakirə olunmur. Amma mövcud həddin özü də cəmiyyətdə narazılıq doğurur. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə pensiya sistemi yalnız yaş göstəricisinə deyil, insanın əmək fəaliyyəti müddətinə və sağlamlıq səviyyəsinə əsaslanmalıdır.

İnsanların daha uzun ömür sürməsi sevindirici haldır, lakin bu, onların daha uzun müddət işləməyə məcbur qalması anlamına gəlməməlidir.

Leyla Mirzə Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Oktyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri