Icma.az
close
up
RU
Goranboyda 39 yaşlı kişinin arvadı evi tərk etdi, atasını bıçaqladı

Goranboyda 39 yaşlı kişinin arvadı evi tərk etdi, atasını bıçaqladı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Goranboy rayonunda 1986-cı il təvəllüdlü Sərdar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Əlvana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 27-də rayonun kəndlərindən birində baş verib. Sərdar həmin gün saat 15:30-da kənddə yerləşən fərdi yaşayış evinin həyətində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan mətbəx bıçağı ilə atasının sol sağrı nahiyəsindən vurub. 
Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, zərərçəkmiş şəxs onun atasıdır: “Goranboy rayonunun kəndində fərdi yaşayış evində birlikdə yaşayırıq. Aramızda ədavət və düşmənçilikləri olmayıb.  Təxminən 2024-cü ilin iyun ayında həyat yoldaşım Əfsanə heç bir səbəb olmadan azyaşlı uşaqlarımı da götürərək evdən getdi. Lakin arvadım ilə danışaraq azyaşlı uşaqlarımı evə qaytarmasını bildirsəm də, uşaqları mənə vermədi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 27-də, saat 15:30-da sərxoş vəziyyətdə evə gəlib: “Evdə olan zaman atam olduğum otağın qapısını açdı, mənə qarşı nalayiq ifadələr işlədərək həyat yoldaşımı gətirməyimi dedi. Mən isə arvadımın yüngül həyat tərzi keçirdiyini, buna görə də onu evə gətirməyəcəyimi dedim. Bunu dedikdən sonra atam mənim və arvadımın ünvanına təhqirlər işlətdi. Mən də bundan sonra atamın üzərinə getdim, boyun nahiyəsindən tutaraq badalaq fənni ilə yerə yıxdım. Bu zaman anam mənə qarşı nalayiq ifadələr işlətdi. Mən bu səbəbdən yenidən əsəbiləşdim və evə daxil oldum. Masanın üzərində olan mətbəx bıçağını götürdüm və yerdə yıxılı vəziyyətdə olan atamın sol yan nahiyəsindən bir neçə dəfə bıçaqla vurduqdan sonra evə girdim. Anam isə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdi”. 
İş üzrə zərərçəkmiş Əlvanın sözlərinə görə, oğlu Sərdar mütəmadi olaraq spirtli içki içib, yaşadıqları evdə heç bir səbəb olmadan mübahisə yaradır: “Hadisə günü saat 15:40-da yaşadığımız evdə olduğumuz zaman Sərdar sərxoş halda gəldi. Gələn zaman özü ilə gətirdiyi arağı içərək sərxoş oldu. Sərxoş halda mənimlə və anası ilə mübahisə yaratdı, ona yeni arvad almağımızı tələb etdi. Oğluma dedim ki, aldığın ailələrə baxa bilirsən ki, yenidən sənə arvad alaq?. Bu sözlərdən sonra Sərdar əsəbiləşdi, mənimlə mübahisə etməyə başladı. Otağından götürdüyü böyük mətbəx bıçağı ilə üzərimə gəldi. Badalaq fənni ilə ayağıma vuraraq məni yerə yıxdı və əlində olan bıçaqla qəsdlə sol yan nahiyəmə iki yerdən vuraraq mənə xəsarət yetirdi. Bu zaman arvadım araya girdi və oğlumu məndən aralayaraq polis çağırdı”. 
Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Oktyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri