Icma.az
close
up
RU
“Gənc qızlar təhsil, evlilik, modellik adı altında xaricə aparılıb qurbana çevrilirlər”

“Gənc qızlar təhsil, evlilik, modellik adı altında xaricə aparılıb qurbana çevrilirlər”

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”

Azərbaycan Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

Azərbaycanda insan alveri ilə bağlı real durum, ona qarşı mübarizə, dövlət və vətəndaş cəmiyyətinin bu sahədə əməkdaşlığı, eləcə də mövzu ətrafında digər məsələlərə aydınlıq gətirmək üçün İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev AYNA.AZ-a danışıb:

- Ramiz müəllim, öncə istərdik ki, insan alverinin mahiyyəti barədə məlumat verərdiniz. İnsan alveri nədir, onun hansı növləri var və cəmiyyət üçün təhlükəsi nədən ibarətdir?

- Öncə qeyd edim ki, insan alveri bütün cəmiyyətləri narahat edən qlobal problemdir. Bu problemə qarşı hökumət, aidiyyatı qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə də ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birdəfəlik həlli mümkün deyil. Səbəb də odur ki, zaman keçdikcə bu istiqamətdə fəaliyyət göstərən cinayətkar qruplar da öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən -  müasir texnologiyaların, sosial şəbəkələrin imkanlarından istifadə edirlər. Dünyada insanın istismarına xidmət edən fəaliyyətlərin sırası ildən-ilə genişlənir.  İnsanların alınıb-satılması, oğurlanması, girov götürülməsi, cinsi istismarı, məcburi əmək, məişət köləliyi, insan orqanlarının alveri ağır cinayətlər sayılır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada insan alveri olmasın. İnsan alveri elə bir cinayət növüdür ki, onunla aparılan müharibədə hələ ki, atəşkəsə nail olmaq mümkün deyil.  Azərbaycanda insan alverinin ən geniş yayılmış forması qadınların aldadılaraq xarici ölkələrə aparılması və onların orada pasportları əllərindən alınaraq, öz iradələrindən kənar müxtəlif işlərə cəlb olunmasıdır. Gənc qızlar təhsil, evlilik, modellik adları altında aldadılaraq xarici ölkələrə aparılıb qurbana çevrilirlər. Həmin qadınlar əsasən cinsi istismara məruz qalırlar. İnsan alverinin qurbanı olan kişilər isə xarici ölkələrə aparılaraq məcburi əməyə cəlb olunurlar. Bütün bunlar Azərbaycan dövlətini, Daxili İşlər Nazirliyinin rəhbərliyini, vətəndaş cəmiyyəti institutlarını ciddi narahat edir. Ən vacib odur ki, cinayətkarlığın bu növünə qarşı DİN rəhbərliyinin mükəmməl proqramı, güclü komandası, əzmi, iradəsi, ictimai dəstəyi mövcuddur. Bu komponentlərin olması, bizim üçün ümidvericidir.

- Azərbaycanda insan alverinə qarşı mübarizə hansı səviyyədədir?

- Bu il Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21 ili, “İnsan Alverinə qarşı Mübarizə Haqqında” qanunun qəbulunun isə 20 ili tamam olur. 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi ölkəmizdə “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı isə “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir. Ümumiyyətlə, Azərbaycan polisinim insan alverinə qarşı hərtərəfli, genişmiqyaslı mübarizəsi bu sahədə ciddi uğurların əldə edilməsini şərtləndirən əsas meyardır.  İnsan alverinin hər cür növünün qarşısının alınması, qurbanlara yardım və onların müdafiəsi, cinayətkarların təqibi, beynəlxalq əməkdaşlıq ölkəmizdə yüksək səviyyədə qurulub.  Azərbaycanın bu sahədə gördüyü işlər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli hüquqi mexanizm, şəriat, iradə mövcuddur. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət planı uğurla icra edilir. İnsan alverinin qarşısının alınması üçün həm hüquqi müstəvidə mübarizə aparılır, həm də maarifçilik işləri həyata keçirilir. İnsan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlıq ildən-ilə gücləndirilir, ölkəmizin mövqeyinin qorunması üçün gərəkən addımlar atılır, mütərəqqi bеynəlхаlq təcrübə öyrənilir. DİN nəzdində insan alveri qurbanları üçün sığınacaq fəaliyyət göstərir. Bu sığınacaqda 5 ulduzlu otellərdə olan şərait mövcuddur. Burada yerləşdirilən insan alveri qurbanları dövlət hesabına gündəlik qida ilə təmin olunur, dil, kompyuter, dərzilik və s. kurslara cəlb olunurlar. ABŞ Dövlət Departamentinin, BMT miqrasiya təşkilatlatının, ölkəmizdəki səfirliklərin nümayəndələri dəfələrlə həmin sığınacaqda olublar və etiraf ediblər ki, bura regionda insan alveri qurbanları üçün tikilmiş ən mükəmməl mərkəzdir. Eyni zamanda DİN-in nəzdində İnsan Alveri Qurbanlarına  Kömək Fondu var. Zərərçəkənlərə maliyyə vəsaiti ayırır. Dövlət onlara birdəfəlik yardımlar edir. Bütün bunlar dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir. 2004-cü ildə Daxili İşlər Nazirliyində insan alverinə qarşı mübarizə ilə bağlı xüsusi polis qrumu olan  idarə yaradıldı, daha sonra isə baş idarə statusu aldı. Mübarizənin keyfiyyətini artırmaq üçün İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator təyin edilib. Milli Koordinator daxili işlər nazirinin birinci müavinidir. Hər il Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılır, onun hesabatı dinlənilir. Milli Koordinatorun bu sahədəki məzmunlu fəaliyyəti həm beynəlxalq təşkilatlar, həm vətəndaş cəmiyyəti, həm də Milli Məclis tərəfindən yüksək qiymətləndirilib.

Biz ümumiyyətlə Azərbaycan polisinin son 6 ildə olan fəaliyyətinə diqqət yetirsək asanlıqla görə bilərik ki, DİN-in cinayətkarlığa qarşı güclü, barışmaz mübarizəsi nəticəsində ölkəmiz, paytaxtımız regionun ən təhlükəsiz məkanlarından birinə çevrilib. Həm pandemiya dövründə, həm də 44 günlük Vətən Müharibəsində Azərbaycan polisi dövlət başçımızın tapşırığına uyğun olaraq ölkədə ictimai sabitliyin qorunmasını yüksək səviyyədə təmin etdi. Polisin gecə-gündüz yorulmadan apardığı məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bu gün ölkəmiz sabitlik adası adlandırılır.

Bu gün əminlikə demək olar ki, Daxili İşlər Nazirliyi tək insan alverinə qarşı mübarizədə deyil ümumiyyətlə  cinayətkarlığın bütün növlərinə qarşı yüksək səviyyədə mübarizə aparır və öz fəaliyyətini ölkə qanunları çərçivəsində, zamanın diktə etdiyi tələblərə uyğun qurur. Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də kibercinayətkarlığın artması, ona qarşı mübarizənin gücləndirilməsini qaçılmaz edib. Nazirlikdə Kibercinayətkarlıqla Mübarizə Baş İdarənin yaradılmasını buna misal çəkmək olar. DİN kibercinayətkarlığa qarşı həm hüquqi müstəvidə, həm də maarifləndirmə yolu ilə ciddi, hərtərəfli mübarizə aparır. Vətəndaşların bank hesablarının qorunması, onların kiberdələduzların qurbanına çevrilməməsi üçün aparılan maarifləndirici tədbirlər, nümayiş etdirilən sosial çarxlar böyük maraqla izlənilir və yüksək effekt verir.

Cinayətkarlığın digər növləri ilə yanaşı, ölkəmizdə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan cinayətkar şəbəkələrə qarşı Daxili İşlər Nazirliyinin aidiyyəti idarələrinin barışmaz mövqeyi də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.

- İnsan alverinə qarşı mübarizədə hökumət-QHT münasibətləri necə qurulub? QHT-lərin bu sahədə töhfələri nədən ibarətdir?

- Digər qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası mövcuddur. Koalisiyada 45 təşkilat təmsil olunur. Hər bir üzv təşkilat insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşıb, böyük təcrübəyə sahibdir. Həm Daxili İşlər Nazirliyi, həm QHT-lərə Dövlət Dəstəyi Agentliyi insan alverinə qarşı hazırlanmış layihələrin icrasına kifayət qədər dəstək verirlər. Bu da QHT-lər üçün böyük imkanlardır. DİN rəhbərliyinin tapşırığı ilə müxtəlif qeyri-hökumət təşkilatlarına sığınacaqların saxlanılması üçün dəstək verilir. Sığınacaqların salınması, standartlara uyğun qurulması, təhlükəsizliyinin təmin edilməsi Nazirliyin diqqətindədir. QHT Koalisiyasındakı təşkilatlar öz fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirirlər. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə  Baş İdarəsi daima qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında onlara lazımi köməkliyi göstərir.

Həmçinin Daxili İşlər Nazirliyi hər il Elm və Təhsil Nazirliyi ilə birlikdə  həyata keçirdiyi maarifləndirmə tədbirlərində QHT-lərin də iştirakını təmin edir. İnternat evlərində, peşə liseylərində, kolleclərdə və digər təhsil ocaqlarında görüşlər keçirilir. Ümumiyyətlə əminliklə deyə bilərəm ki, DİN rəhbərliyi bu 20 il ərzində hər zaman insan alverinə qarşı mübarizə aparan QHT-lərə hər cür dəstək göstərib. Milli Koordinator vətəndaş cəmiyyəti ilə yaxından əməkdaşlıq edir, onlarla mütəmadi görüşür, təkliflərini dinləyir, onlara lazım olan dəstəyin göstərilməsi ilə bağlı baş idarəyə müvafiq göstərişlərini verir. Və beləliklə bu sahədə  fəaliyyət göstərən QHT-lərlə DİN-in baş idarəsinin uğurlu əməkdaşlığı qurulur ki, bu da insan alverinə qarşı birgə mübarizə deməkdir.

Hesab edirəm ki, bütün bunlar insan alverinə qarşı mübarizə aparan QHT-lərin fəaliyyətinə olan yüksək diqqətin göstəricisidir.

- Sədri olduğunuz İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr barədə də məlumat verərdiniz…

- Rəhbəri olduğum təşkilat 2004-ci ildə təsis olunub və artıq 21 ildir ki, insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr və maarifləndirici tədbirlər həyata keçirir. Bizim təşkilat bu illər ərzində həm DİN-in, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə müxtəlif layihələr həyata keçirib. Ərsəyə gətirdiyimiz 6 bölmədən ibarət “İfşa” və 10 bölümdən ibrət  “İfşa-çətin hədəf” serialı Azərbaycanda insan alverinə qarşı çəkilmiş yeganə serialdır. Bu filmlər ATV və ARB kanallarında nümayiş etdirilib. Xarici mətbuatda da bu seriallar barədə məlumatlar gedib. Ölkəmizdə fəaliyyət göstərən bir çox xarici ölkə səfirləri də bu  seriallara  baxdığını və çox bəyəndiklərini qeyd edib. Seriallarda Azərbaycan polisinin insan alverinə qarşı cəsarətli mübarizəsi öz əksini tapıb. Eyni zamanda  təşkilatımız  insan alverindən bəhs edən ondan çox video-çarx və qısametrajlı filmlər də çəkib. Həm telekanallarda, həm də sosial şəbəkələrdə maraqla izlənilən bu filmlər insan alverinə qarşı mübarizədə çox təsirli silahdır. Düşünürəm ki, insan alverinə qarşı mübarizədə müasir texnologiyaların imkanlarından istifadə etməliyik.  İnsan alverinə qarşı ən effektli mübarizə maarifləndirmədir. Xüsusilə də, gənclər bu sahədə bilgiləndirilməlidir. Təşkilatımız bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uçuruma aparan yol!” adlı layihə icra edəcək. Layihənin əsas məqsədi hökumətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. 7 dəqiqəlik qısametrajlı filmin Bakı və Sumqayıt şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin youtube və digər sosial şəbəkələr üzrə geniş şəkildə yayımı reallaşdırılacaq. Çəkilən qısametrajlı film televizya kanallarına da təqdim olunacaq. Biz filmlərimizdə insan alveri qurbanlarının acı talelərini göstərməklə bərabər, Azərbaycan polisinin işinə necə məsuliyyət və şərəflə yanaşdığını nümayiş etdiririk. Dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisinin peşəkarlığı və qətiyyəti  bütün dünya ölkələrində  polislərə nümunə göstərilir.

- Azərbaycan hökuməti insan alveri ilə mübarizədə beynəlxaq təşkilatlarla necə əməkdaşlıq edir və həmin təşkilatlar hökumətin fəaliyyətini necə qiymətləndirirlər?

- ⁠Azərbaycan hökuməti insan alverinə qarşı fəaliyyət planını, qanunvericiliyi beynəlxalq təcrübəyə əsaslanaraq hazırlayıb. Qoşulduğumuz beynəlxalq konvensiyaların müddəalarına ölkəmizdə tam əməl olunur. Beynəlxalq təşkilatlar, xüsusilə də ABŞ Dövlət Departamenti, səfirliklər Azərbaycanda insan alverinə qarşı mübarizəni yüksək qiymətləndirirlər. Təəssüflər olsun ki, bu sahədə də bəzən ikili yanaşmalarla rastlaşırıq. Azərbaycanda insan alverinə qarşı aparılan mübarizə dünyanın heç bir ölkəsində yoxdur. Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyəti ilə səmimi, sıx əməkdaşlıq qurub. Təəssüf ki, bəzi təşkilatlar Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı yalan hesabatlar hazırlayaraq beynəlxalq qurumlara, xarici ölkələrə göndəririlər və onlarda yanlış təsəvvürlər formalaşdırırlar. Ölkəmizə qarşı qərəzli münasibətin formalaşlmasında bəzi QHT-lərin hazırladıqları saxta hesabatların da böyük rolu var. Bir vacib məqamı da diqqətinizə çatdırım ki, radikal müxalifətin və onlara yaxın şəxslərin ölkəmizdə saxta yollarla sənədlər düzəldərək və viza alaraq siyasi mühacir kimi xaricə göndərdiyi insanlar da bəzi hallarda insan alverinin qurbanına çevrilirlər. Bir çox radikal müxalifət partiyalarının “siyasi mühacir” alveri ilə məşğul olmaları öz təsdiqini tapıb. Onların pul alaraq Qərb ölkələrinə göndərdikləri insanlar xaricdə bəzi qüvvələrin əlində köləyə çevrilirlər, onlardan dövlətimizə, xalqımıza qarşı istifadə olunur. Polisin belə təxribatçıları  ifşa etməsi, anti-Azərbaycan qüvvələrini ciddi narahat edir. Həmin qüvvələr polisə qarşı qarayaxma kampaniyasını gücləndirmək üçün buradakı əlaltılarına -  5-ci kolonun tör-töküntüləri olan radikal müxalifət nümayəndələrinə sifarişlər verirlər.  Onlar da sosial şəbəkələrdə həmin siyasi partiyalara aid səhfələrdə saxta xəbərlərlər düzəldərək  təhlükəsizliyimizin təminatçıları olan Azərbaycan polisinə və digər hüquq-mühafizə orqanlarına qarşı çirkin planlar quraraq onaları ləkələməklə məşğul olurlar. Ancaq əlbətdə ki, bütün bunlar vətəndaşlarımızın öz liderinə, dövlətinə və onu qoruyan hüquq-mühafizə orqanlarına olan inamını azalda bilməz. Bizim ölkəmizdə xalq-hakimiyyət birliyi daimidir və sarsılmazdır.  Xalqımızın dövlətə və onun liderinə  olan inamı xarici təhdidlərə qarşı ən güclü silahdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see268

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see183

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see166

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see145

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see135

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see126

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see125

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see121

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see120

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see116

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see116

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see115

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see114

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see114

Xameneyi: Döyüş başlayır

18 İyun 2025 08:53see114

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see113

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see113

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see111

UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

18 İyun 2025 07:01see111

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

18 İyun 2025 08:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri