Icma.az
close
up
RU
“Biznes psixologiyası” Gənc Sahibkarlar Düşərgəsi uğurla tamamlandı FOTOLAR

“Biznes psixologiyası” Gənc Sahibkarlar Düşərgəsi uğurla tamamlandı FOTOLAR

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Odlar Yurdu Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 24-26 yanvar tarixlərində Lənkəranda keçirilən “Biznes psixologiyası” Gənc Sahibkarlar Düşərgəsi uğurla tamamlandı.

Moderator.az xəbər verir ki, layihə gənc sahibkarlara biznes psixologiyasının öyrədilməsi və bu istiqamətdə onlara dəstək göstərilməsi məqsədi daşıyırdı.

Düşərgənin ilk günü layihə rəhbəri Əziz Məmmədovun açılış nitqi ilə başladı. Daha sonra iştirakçılar, Şəms Abbasovanın təqdimatında “Komanda Quruculuğu” sessiyasında komanda işinin əhəmiyyətini öyrənərək birgə fəaliyyət bacarıqlarını təkmilləşdirdilər. Ardınca “İş və Rifah” və “Sosial Psixologiya” mövzularına həsr olunmuş interaktiv sessiyalar baş tutdu. Günün sonunda peşəkar təlimçi Fuad Sofizadə "Şəxsin Özünü İdarəsi" mövzusunda sessiya keçirdi.

Düşərgənin ikinci günü Şəms Abbasovanın “Səhər vərəqləri texnikası” ilə başladı. Daha sonra Fuad Sofizadə “Burn Out” sindromunun idarə olunması mövzusunda praktik üsullar təqdim etdi. Ardınca Şəms Abbasova iştirakçılarla “Amiqdala və emosional idarəetmə” sessiyasını keçirdi. Nigar Eyvazova isə “Empatiyanın liderlikdə rolu” mövzusunda faydalı tövsiyələr verdi. Günün sonunda, "Komanda Psixologiyası" və "Müştəri Davranışları" mövzularında interaktiv təlimlər baş tutdu.

Layihənin son günü, Şəms Abbasovanın "Təlimlərin assimilyasiyası" mövzusunda keçirilən sessiya ilə başladı. Ardınca, Fuad Sofizadənin "Xarakter tipləri və idarəetməsi" təlimi baş tutdu.

Günün ikinci yarısı, Nigar Eyvazova və Fuad Sofizadənin rəhbərliyi ilə "İdarəçinin özgüvəni" təlimi ilə davam etdi.

Bağlanış mərasimində, layihə rəhbəri Əziz Məmmədov iştirakçılardan rəy və təkliflər toplayaraq layihənin uğurla tamamlandığını vurğuladı. Daha sonra iştirakçılara sertifikatlar təqdim edilərək, xatirə fotosu çəkildi.

Düşərgə təlimlər və psixoloji texnikalarla zəngin keçdi. İştirakçılar üçün biznes psixologiyasının müxtəlif sahələrini əhatə edən sessiyalar, praktiki texnikalar, qrup fəaliyyətləri və açıq müzakirələr təşkil olundu.

Qeyd edək ki, 40 nəfərin iştirak etdiyi layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində baş tutdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see211

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see124

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri