Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Gəncə ilə Çindao arasında əməkdaşlıq genişlənir FOTOLAR

Gəncə ilə Çindao arasında əməkdaşlıq genişlənir FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. 

"Unikal" xəbər verir ki, nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri yer alıb.

Səfər çərçivəsində nümayəndə heyəti aprelin 20-də Çindao şəhərində olub və şəhər merinin müavini Qen Tao ilə görüş keçirib.

Görüşdə bildirilib ki, son illər Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan-Çin münasibətləri bütün sahələr üzrə inkişaf edərək yeni mərhələyə yüksəlib. Xüsusilə Prezident İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması iki ölkə arasında əlaqələrdə yeni səhifə açıb.

Qen Tao bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu səfəri 2023-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən Çindaoda təşkil olunmuş “Xalq diplomatiyası və qardaşlaşmış şəhərlər” forumu çərçivəsində imzalanmış əməkdaşlıq sazişindən sonra ilk rəsmi səfərdir.

Onun sözlərinə görə, 10 milyondan artıq əhalisi olan Çindao Çinin iri beynəlxalq liman şəhərlərindən biri, əsas turizm və sənaye mərkəzlərindəndir. Şəhərin 50-yə yaxın ölkənin 90-dan çox şəhəri ilə əlaqələri mövcuddur. Qen Tao həmçinin vurğulayıb ki, son illər Azərbaycan ilə ticari əlaqələr genişlənir və Çindaoda artıq 5 ildir “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Azərbaycan tərəfi şəhərdə keçirilən beynəlxalq sərgilərdə də fəal iştirak edir. Bundan əlavə, Çindao ilə Bakı arasında dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar həyata keçirilir.

Gəncənin zəngin mədəni və ədəbi irsə malik olduğunu qeyd edən Qen Tao iki şəhər arasında iqtisadi, ticarət, mədəni, humanitar və turizm sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.

Niyazi Bayramov isə öz növbəsində Gəncənin tarixi-mədəni irsi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verib.O bildirib ki, şəhərdə 3 ali təhsil, 3 orta ixtisas təhsili və bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir.

Həmçinin “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Azəralüminium” MMC, “Gəncə Şərab-2”, “SemSan” və “Parıltı Halı” kimi müəssisələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı, 2019-cu ildə  Avropanın İdman Şəhəri,  2025-ci ildə isə MDB Ölkələrinin İdman Paytaxtı seçilib.

Şəhər rəhbəri Çindao ilə ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Gəncənin dünyanın müxtəlif ölkələrinin bir çox şəhəri ilə qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur və bu, qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Niyazi Bayramov Çindao rəhbərliyini Gəncəyə rəsmi səfərə dəvət edib.

Nümayəndə heyəti səfər çərçivəsində dünyaca məşhur “Hisense” şirkətinin baş ofisinə baş çəkib. Çinin ən iri 10 elektrotexnika şirkəti siyahında daxil olan müəssisənin məişət texnikası, yüksək texnologiyalar sahəsində nailiyyətləri ilə tanış olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Aprel 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri