Icma.az
close
up
RU
Gəncə Dövlət Universiteti ilə BSU arasında əməkdaşlıq genişləndirilir

Gəncə Dövlət Universiteti ilə BSU arasında əməkdaşlıq genişləndirilir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub və rektor Yusif Yusibovla görüşüb.

Modern.az xəbər verir ki, görüşdə BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev, İnklüziv və adaptiv təhsil kafedrasının müdiri Arzu Məmmədova, kafedranın baş müəllimi Dilbər Bəşirova, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Tədris Departamenitinin direktoru Elturan Yusifov iştirak ediblər.

Rektor Yusif Yusibov universitetdə həyata keçirilən islahatlar, tələbələrin təhsil almaları üçün yaradılmış şərait, maddi-texniki baza, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər və layihələr haqqında ətraflı danışıb.

Görüşdə hər iki universitet arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ortaq layihə və proqramların həyata keçirilməsi imkanları müzakirə olunub, İnklüziv təhsil istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən mühüm işlərdən söhbət açılıb.  Rektor Anar Nağıyev bildirib ki, Bakı Slavyan Universitetində 3 ildir, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi müəllim hazırlığı prosesində tədris məzmunu və resurslarına inklüziv təhsil prinsiplərinin inteqrasiyasıdır. GDU-nun əməkdaşları da bu layihələrdə uğurla iştirak edərək universiteti layiqincə təmsil edirlər.

Görüşdə Gəncə Dövlət Universiteti ilə Bakı Slavyan Universiteti arasında yaxın zamanlarda İnklüziv təhsillə bağlı əməkdaşlıq müqaviləsinin imzalanmasına dair müzakirələr aparılıb. Daha sonra GDU-da fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin həyata keçirdiyi işlərdən söhbət açılıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev  Gəncə Dövlət Universitetində olmaqdan məmnun qaldığını dilə gətirib və burada yaradılan şəraiti yüksək qiymətləndirib, birgə əməkdaşlığın hər iki universitetin həyatında əlamətdar olacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri