Icma.az
close
up
RU
Gəncə MKTBİ “T.T.Ş. İNŞAAT” tikinti şirkətinə zibil daşıtdıracaq

Gəncə MKTBİ “T.T.Ş. İNŞAAT” tikinti şirkətinə zibil daşıtdıracaq

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə Şəhər Mənzil-Kommunal İstehslat Birliyi ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən qurum Bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satın alınması prosesi üzrə qalibi və bunun üçün xərcləyəcəyi vəsaiti dəqiqləşdirib.

Belə ki, Gəncə MKTİB “T.T.Ş.-İNŞAAT” MMC ilə 712 min 425 manat dəyərində satınalma müqaviləsi imzalayıb.

Açıq mənbələrdə qeyd edilir ki, sözügedən şirkət çalov ilə məişət tullantılarının bastırılması üçün 6 metr dərinlikdə quyunun qazılması və məişət tullantılarını quyuya doldurulması prosesini, ardından isə qazılmış torpağ ilə quyunun doldurulması və hamarlanmasını reallaşdıracaq.

Qısa araşdırma zamanı məlum olub ki, “T.T.Ş.-İNŞAAT” MMC ölkədə tikinti-quraşdırma və yenidənqurma üzrə ixtisaslaşıb. Yəni, tikinti şirkəti olaraq fəaliyyət göstərir. Şirkətin rəsmi saytında qeyd edilir ki, “T.T.Ş-İNŞAAT” təkcə Azərbaycanda deyil, Gürcüstan, Qazaxıstan və Özbəkistanda da müxtəlif infrastruktur layihələrində iştirak edir.

Bundan başqa, “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildən etibarən Azərbaycanın müxtəlif regionlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, bərpası, eləcə də sutəmizləyici qurğuların inşası layihələrini uğurla həyata keçirib.

Şirkətin rəhbəri Qorxmaz Paşayev 1992-ci ildən «Alıbəyli» kooperativinin, 1997-ci ildən «Alıbəyli» KM-nin, 2004-cü ildən isə “Alıbəyli Şirkəti” MMC və «T.T.Ş.- İnşaat» MMC-nin təsisçisi və prezidentidir. O, 10 aprel 2012-ci ildə “Tərəqqi” medalı, 9 aprel 2015-ci il isə “Əməkdar mühəndis” fəxri adını alıb.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı o da məlum olub ki, 2024-2025-ci illərdə sözügedən şirkət daha iki tenderin qalibi olub. Toplam 20 milyon manatdan bir qədər artıq olan iki tenderdən biri “MİDA” MMC-yə məxsus olub. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində sahəxarici və sahədaxili su-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinin həyata keçirilməsinə görə «T.T.Ş.- İnşaat»  8 milyon 448 min 852 manat ödəniş alıb.

İkinci tender isə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin reallaşdırdığı layihə ilə bağlıdır. Belə ki, Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 3- cü məhəllə üzrə 92 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 4 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi işlərini “T.T.Ş.-İNŞAAT” həyata keçirib. Bunun üçün isə 12 milyon 603 min 740 manat ödəniş alıb.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 İyul 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri