Icma.az
close
up
RU
Gəncə niyə kriminal şəhər kimi TANINIR? ARAŞDIRMA

Gəncə niyə kriminal şəhər kimi TANINIR? ARAŞDIRMA

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə haqqında cəmiyyətdə uzun illərdir formalaşmış bir fikir var: “Gəncə kriminal bölgədir.” Bu stereotipin hardan qaynaqlandığı və nə dərəcədə həqiqəti əks etdirdiyi isə geniş ictimaiyyətin diqqətini cəlb edir.
Stereotipin kökü haradan başlayır?
Araşdırmamıza görə, Gəncənin kriminal bölgə kimi təqdim olunması əsasən 1990-cı illərin mürəkkəb ictimai-siyasi və iqtisadi durumundan qaynaqlanır. Qarabağ müharibəsi, iqtisadi böhran, hüquq-mühafizə orqanlarının zəif fəaliyyəti fonunda ölkənin bir çox bölgəsində olduğu kimi, Gəncədə də cinayətlərin sayı artmışdı.
O dövrdə baş verən bir neçə ağır cinayət hadisəsi və fəaliyyət göstərən kriminal qruplaşmalar medianın diqqət mərkəzinə düşmüş, bu da ictimai şüurda Gəncə ilə bağlı neqativ rəyin formalaşmasına səbəb olmuşdu.
Media və pop-mədəniyyətin təsiri
Məlumdur ki, media və pop-mədəniyyət ictimai stereotiplərin formalaşmasında mühüm rol oynayır. Bəzi televiziya seriallarında və şou proqramlarda Gəncəli obrazlarının sərt, kobud və tez aqressivləşən biri kimi təqdim olunması da bu imicin güclənməsinə səbəb olub.
Təəssüf ki, reytinq naminə yayımlanan bəzi qərəzli və şişirdilmiş xəbərlər Gəncə haqqında yanlış təəssüratlar yaradır. Bu cür təqdimatlar bir neçə fərdi hadisənin ümumiləşdirilərək bütün şəhərə aid edilməsinə gətirib çıxarır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan kriminalist Mahmud Hacıyevin fikrincə, Gəncə bölgəsində kriminal hadisələrin digər bölgələrlə müqayisədə daha çox olması barədə yayılan fikirlər həqiqəti əks etdirmir:
“Ola bilər bir ay ərzində hansısa bölgədə 4-5 hadisə baş versin, daha sonra aylarla heç bir cinayət baş verməsin. Yəni bu, sabit və qanunauyğun göstərici deyil. Üstəlik, Gəncə Bakıdan sonra ikinci böyük şəhərdir. Burada əhali sayı da nəzərə alınmalıdır. Milyonluq şəhərlə kiçik rayon mərkəzini müqayisə etmək doğru deyil”.
Kriminalist əlavə edib ki, böyük şəhərlərin böyük problemləri olur və bu, yalnız Gəncəyə aid deyil:
“Sakit bölgədə də qəfil cinayət hadisəsi baş verə bilər. Belə çıxır ki, Gəncə camaatı cinayətə meyillidir, Qəbələ sakinləri isə deyil? Bu yanaşma kökündən yanlışdır”.
Mövzuya münasibət bildirən Milli Məclisin deputatı Müşfiq Cəfərov isə qeyd edib ki, bu tip stereotiplər təkcə Gəncə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Onun sözlərinə görə, bir neçə fərdi hadisəyə əsaslanaraq bütöv bir şəhəri damğalamaq ədalətli deyil:
“Gəncə həm ölkənin ikinci ən böyük şəhəri, həm də Qərb bölgəsinin sosial-mədəni mərkəzidir. Burada 3 ali təhsil müəssisəsi fəaliyyət göstərir, minlərlə gənc bu şəhərdə təhsil alır və yaşayır. Mən bölgəçilik prinsipinin əleyhinəyəm. Hər birimiz Azərbaycan vətəndaşıyıq”.
Deputat əlavə edib ki, Gəncə şəhəri təkcə qədim mədəniyyət və qonaqpərvərliyi ilə deyil, həm də müasir imkanları ilə seçilir:
“Şəhərdə gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün yaradıcı dərnəklər, idman mərkəzləri və müxtəlif təhsil təşəbbüsləri mövcuddur. Cinayət və digər neqativ hallar daha çox sosial və mənəvi faktorlarla bağlıdır, coğrafi məkanla yox”.
Müşfiq Cəfərov eyni zamanda, gənclərin cinayət aləminin simvollarını qəhrəman kimi görməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb:
“Çox təəssüf ki bu gün Azərbaycan məktəblisi qəhrəman kimi tariximizdəki hansısa uğurlu şəxsləri yox, cinayət, oğru aləminin məşhur simalarını nümunə kimi götürürlər. Biz artıq aşağı sinif şagirdlərinin üzərində belə soyuq, kəsici-deşici alətlər tapa bilərik. Kriminal hadisələrin və narkomaniyanın artması təkcə şəhərlə və coğrafi məkanla bağlı deyil, daha çox sosial və mənəvi səbəblərlə əlaqəlidir.

Gəncə şəhərində yeniyetmələrin və gənclərin vaxtlarını səmərəli keçirmələri üçün kifayət qədər şanslar yaradılıb. Şəhərdə uşaqlar üçün yaradıcı və idman mərkəzləri mövcuddur. Hər kəs müxtəlif dərnəklərdən, idman klublarından istifadə edə bilir və bu da gənclərin həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir edir”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri