Icma.az
close
up
RU
Gəncə sakininin 14 il əvvəl Rusiyada törətdiyi cinayətlər barədə Rəsmi açıqlama

Gəncə sakininin 14 il əvvəl Rusiyada törətdiyi cinayətlər barədə Rəsmi açıqlama

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Rusiya Federasiyasında 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2012-ci il dekabrın 24-də Rusiya Federasiyası ərazisində Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq Şöbəsində cinayət işi başlanılıb.
İstintaq zamanı toplanmış sübutlar əsasında 2013-cü il fevralın 21-də, 1987-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayıl-Nəcat Elgün Nazir oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, istintaqdan yayındığına görə barəsində axtarış elan olunub.
2021-ci il avqustun 21-də cinayət işinin aidiyyəti üzrə Azərbaycan Respublikasına göndərilməsi barədə qərar qəbul edilib, cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olduqdan sonra ibtidai istintaqın davam etdirilməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilib.
Gəncə şəhər prokurorluğunda aparılan istintaq zamanı İsmayıl-Nəcat Elgün Nazir oğlunun axtarışı davam etdirilib, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 2026-cı il fevralın 7-də saxlanılıb, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı toplanmış sübutlarla İsmayıl-Nəcat Elgün Nazir oğlunun aralarında yaranmış mübahisə səbəbindən qisas almaq məqsədilə Səxavət Qurbanovu öldürmək niyyəti ilə sonuncunun işlədiyi avtomobil təmiri servisinin qarşısında deşici-kəsici alətlə ona müxtəlif xəsarətlər yetirməsinə, hadisə zamanı Səxavət Qurbanovu müdafiə etmək məqsədilə ictimai borcunu yerinə yetirərək münaqişəyə müdaxilə etmiş Ələs Süleymanovu isə xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında İsmayıl-Nəcat Elgün Nazir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə), 29,120.2.10 (təkrar qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 İyul 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri