Icma.az
close
up
RU
Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub

Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Gəncə, 13 noyabr, Elcan Məmmədov, AZƏRTAC

“Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi” üzrə həyata keçirilən “Kiçik həcmli inkişafa rəsmi yardım” proqramı çərçivəsində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu təşəbbüs xüsusilə ətraf regionlarda yaşayan və həssas əhali qruplarının, o cümlədən uşaqların tibbi xidmətlərə daha asan və bərabər çıxışını təmin etməyə yönəlib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bununla bağlı keçirilən tədbirdə bildirib ki, bu cür layihələr ölkəmizin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir: “Layihənin əsas məqsədi ölkəmizdə həssas əhali qrupu üçün tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Xüsusilə vurğulamaq istərdim ki, ianə edilən tibbi avadanlıqlar ümumi və uroloji cərrahiyyə, diaqnostika, anesteziologiya, reanimasiya və intensiv terapiya tədbirlərinin həyata keçirilməsi üçün müasir texnikalardır. Xəstəxananın cərrahiyyə və reanimasiya bölmələrində istifadə olunacaq avadanlıqlar kritik vəziyyətdə olan xəstələr üçün həyati əhəmiyyət daşıyır. İnanırıq ki, yeni avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasına töhfə verəcək”.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında vurğulayıb ki, 2024-cü ildə Koreya Hökumətinin dəstəyi ilə Gəncədə “Uşaqlara Tibbi Müayinə Dəstəyi” layihəsi həyata keçirilib, eyni zamanda, “Kiçik həcmli inkişafa rəsmi yardım” proqramı çərçivəsində ürək-damar xəstəlikləri ilə bağlı xəstəxanaya 18 adda müasir tibbi avadanlıq ianə edilib: “Xəstəxana regionda ən çox tibbi xidmət göstərən müəssisədir və eyni zamanda bura qonşu rayonlardan da müraciətlər çox olur. İanə edilən avadanlıqlar bizə imkan verəcək ki, göstərdiyimiz tibbi xidmət daha keyfiyyətli olsun və bütün bunlar, əlbəttə ki, ölkəmizdə müasir səhiyyə idarəçiliyi modelinin tətbiqi baxımından olduqca əhəmiyyətlidir”.

Koreya Respublikasının səfiri Kımqu Kanq isə deyib: “Gəncə Azərbaycanın əsl xəzinəsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyimiz layihələr sayəsində bu şəhərin və ümumilikdə Azərbaycanın səhiyyə sisteminə real töhfə verə bildiyimiz üçün qürur duyuram. Son üç ildə həyata keçirilən təşəbbüslər yalnız tibbi xidmətlərin keyfiyyətinin artmasına deyil, həm də iki ölkə arasında dostluğun və qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edir”.

Xəstəxananın direktoru İlkin İsmayılov öz növbəsində aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib: “Ümumilikdə ətraf 17 bölgədən vətəndaşlar xəstəxananın nəzdində olan tibb müəssisələrinə üz tuturlar. Bu müraciətlərin keyfiyyətli şəkildə qarşılanması üçün ianə edilən müasir tibbi avadanlıqlar müəssisəmizin texniki imkanlarını artırır. Yeni avadanlıqlar tibbi personalın işini daha səmərəli qurmağa və vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə şərait yaradacaq”.

Avadanlıqlar arasında rentgen aparatı, defibrilyator, anesteziya cihazı, xəstə monitorları, əməliyyat lampaları və masaları, elektrocərrahiyyə və aspirasiya aparatları, reanimasiya çarpayıları, körpə inkubatoru və s. yer alır. Bu avadanlıqlar xüsusilə ölüm riski yüksək olan pasiyentlərin vaxtında müalicəsinə imkan verən reanimasiya və intensiv terapiya bölmələrində istifadə olunacaq. Avadanlıqlar cərrahi əməliyyatların daha təhlükəsiz və dəqiq aparılmasına, anesteziya və reanimasiya proseslərinin təkmilləşdirilməsinə, yeni doğulan körpələrin xüsusi şəraitdə baxımına, həmçinin uroloji müdaxilələrin effektiv icrasına xidmət edəcək. İanə edilən tibbi avadanlıqların ümumi dəyəri 350 min ABŞ dolları təşkil edir.

Sonda avadanlıqların təhvil-təslim aktı imzalanıb.

Tədbirdən sonra səfir Kımqu Kanq AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, bu layihə üzərində bir neçə aydır iş gedirdi və nəhayət, avadanlıqlar xəstəxanaya ianə edildi. O, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinin digər sahələrdə də genişlənəcəyinə əminliyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri