Icma.az
close
up
RU
Kür çayında mühafizə işləri görülür 21 rayonda tədbirlər davam etdirilir

Kür çayında mühafizə işləri görülür 21 rayonda tədbirlər davam etdirilir

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi hər il olduğu kimi 2026-cı ildə də ərazilərin daşqın və sel sularından qorumaq məqsədilə təxirəsalınmaz işlərini davam etdirir.

Bu barədə "APA-Economics"ə Agentlikdən məlumat verilib. Bildirilib ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı idarəsinin balansında 1382 km-dən artıq mühafizə bəndi var. Ondan 936 km Kür çayında, 134 km-i Araz çayında, 312 km-i isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 123 hidrotexniki qurğu mövcuddur ki, həmin hidrotexniki qurğular da daim saz və işlək vəziyyətdə saxlanılır. Hazırda idarənin balansında olan çaylarda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir. Bundan başqa çaylarda sərt döngələrdə sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə 2012-2025-ci illər ərzində qədər 21689 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri görülüb. 2026-cı ilin əvvəlindən indiyədək cari təmir planları əsasında 39 km məsafədə mühafizə bəndlərinin təmiri və qayakəsmə işləri və 16 km uzunluğunda məcratəmizlənməsi işləri yerinə yetirilib.

Bundan başqa ötən il idarə tərəfindən mühafizə tədbirlərinin icrası olaraq Kür, Araz və dağçaylarında 125 km uzunluğunda bəndin təmiri, 31 km-dən artıq qayakəsmə işləri 36 km uzunluqda məcranın təmizlənməsi işləri başa çatdırılıb. Əlavə olaraq mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə qaya uçqunlarının qarşısını almaq məqsədilə 1680 paqon metr məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb. İş qrafikinə uyğun olaraq hazırda Kür, Araz və dağ çaylarında xidməti əraziyə daxil olan hissələrində baş verə biləcək yaz-yay daşqınlarına hazırlıq məqsədi ilə idarə gücləndirilmiş iş rejimində çalışır. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq baş verə biləcək sel və daşqın sularının maneəsiz və qəzasız axıdılmasını təmin etmək məqsədi ilə mühafizə bəndinin dayanıqlığını təmin etmək üçün bəndlərin təmir-bərpası və qayakəsmə işləri görülür. Mühafizə bəndinin üzərində, yamacında və mühafizə zonasında bitmiş yabanı ağac və kolların təmizlənməsi, həmçinin çay məcralarında suyun axınına maneə olan kol-kosların və yabanı ağacların təmizlənməsi prosesi həyata keçirilir.

Məlumat üçün bildirək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 21 rayonunda, o cümlədən Qazax, Ağstafa, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, Ağsu, İmişli, Biləsuvar, Sabirabad, Beyləqan, Füzuli, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında idarənin xidməti ərazisinə daxil olan yerlərdə fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Noyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri