"Klubumuz üçün tarixi bir hadisədir" Vikinq”in baş məşqçisi
Icma.az bildirir, Qol.az portalına istinadən.
Norveçin “Vikinq” klubunun baş məşqçisi Byarte Lunde Orsheym UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Sabah” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından məmnunluğunu ifadə edib:
“İndicə futbolçulara dedim ki, siz artıq öz adınızı böyük hərflərlə “Vikinq”in tarixinə yazdırdınız. Onların çıxışından çox təsirlənmişəm. Həqiqətən də klubumuz üçün möhtəşəm və tarixi bir hadisədir. Oyunçularımın meydandakı əzmkarlığından və nümayiş etdirdikləri futboldan son dərəcə qürur duyuram".
Baş məşqçi qələbəyə tam laqyiq olduqlarını bildirib: "90 dəqiqə boyunca çox yaxşı və nizam-intizamlı çıxış etdik. Oyunun nəzarətini əlimizdə saxlayaraq istədiyimiz hücumları təşkil edə bildik. Düşünürəm ki, meydanda göstərdiyimiz futbolla qələbəyə layiq olan tərəf elə biz idik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Noyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















